Elnur Məmmədli rəqibini gözləyir
18.02.2011 - 18:40
Sabah Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə Qran-Pri turnirinə start veriləcək. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xalları verəcək yarışda milli komandamızın üzvlərinin rəqibləri müəyyənləşib.
Ağayar Axundzadənin yetirmələrindən yarışın ilk günü 5 cüdoçu tatamiyə çıxacaq. Yığmamızın ən yüngül çəkili idmançısı İlqar Müşkiyevin (60 kq) püşkdə bəxti gətirməyib. O, birinci döyüşündə güclü rusiyalı Yevgeni Kudyakovla qarşılaşacaq. Tərlan Kərimov (66 kq) Housem Xalfaoui (Tunis) ilə, Renat Mirzəliyev (73 kq) isə Qinqdonq Zinglə (Çin) münasibətlərinə aydınlıq gətirəcək.
Xanım cüdoçularımızdan sabah Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) da mübarizəyə qoşulacaq. Onlar müvafiq olaraq, braziliyalı Ketlin Quadrosu və qazaxıstanlı Zarina Aldıkovanı sınağa çəkəcəklər.
Qran-Prinin son günündə daha 5 idmançımız nəyə qadir olduğunu nümayiş etdirəcək. Onlardan Olimpiya çempionumuz Elnur Məmmədli (81 kq) və “World Masters”in qalibi Elxan Məmmədov (90 kq) II dövrədən yarışa qatılacaqlar. Məmmədli Kristof Keller (İsveçrə) – Conatan Fernandez (ABŞ), Məmmədov isə Daniel Matey (Rumıniya) – Dieqo Rosati (Argentina) cütünün qalibi ilə güləşəcək.
90 kq çəki dərəcəsində çıxış edəcək digər təmsilçimiz Ramin Qurbanov (90) İsao Kardenaslə (Meksika) gücünü yoxlayacaq. Ağır çəkili cüdoçularımızdan Elmar Qasımov (100 kq) Zəfər Mahmudovla (Rusiya), Emil Tahirov (+100) isə Zviad Xanjaliaşvili (Gürcüstan) ilə qarşılaşacaq.
Qeyd edək ki, turnirdə 68 ölkədən 500 (305 kişi, 195 qadın) idmançı mübarizə aparacaq.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0