Legionerimiz Fransadan gümüşlə qayıdır
07.03.2011 - 10:58
Fransanın paytaxtı Parisdə keçirilən atletika üzrə Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, bağlı zalda keçirilən yarışda yığmamızın üzvü Xayle İbrahimov gümüş mükafata sahib olub.
Milliləşdirilmiş legionerimiz 3000 m məsafəyə qaçışda finiş xəttinə 7,53,32 saniyəyə çatıb. Avropa çempionu adına ingiltərəli Mo Fara (7,53,00) layiq görülüb. İlk “üçlüyü” isə Halil Akkas (Türkiyə, 7,54,19) qapayıb.
Digər efiopiyalı legionerimiz Layeş Abdullayeva həmin məsafədə finala vəsiqə qazansa da, mükafatçılar sırasında yer ala bilməyib.
Yarışda qüvvəsini sınayan Ruslan Abbasov isə ilkin mərhələdə çıxışını dayandırıb. O, 60 metr məsafəni 6,77 saniyəyə qət edib və 25-ci olub.

- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
0
0