Məşqçimiz Avropa çempionatında tələbəsinə uduzdu - FOTO
09.03.2011 - 14:35
İtaliyanın Breşiya şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 10 m məsafəyə atəş açma yarışlarında qüvvəsini sınayan Azərbaycan yığmasının 6 snayperindən heç biri ilk “30-luq”da belə yer ala bilməyib.
Qadın atıcıların mübarizəsində kiçik çaplı tapançadan atəş açmada ən yaxşı nəticəni Nigar Bağırova göstərib ki, o da topladığı 377 xalla 32-ci pillədə qərarlaşıb. Milli komandamızın baş məşqçisi, Afina-2004-ün bürünc mükafatçısı İradə Aşumova yetirməsindən də geri qalıb. Bağırovadan 1 xal az toplayan çalışdırıcı 34-cü olmağı bacarıb. Bu növdə hədəf önünə keçən gənc Cəmilə Süleymanova isə 59-cu yeri tutub.
Eyni növdə kişi atıcılar arasında güllə atmaq bacarığını yoxlayan Ruslan Lunyov 31-ci, Rəsul Məmmədov 42-ci pilləyə yiyələnib.
Pnevmatik pnevmatik tüfəngdən atəş açma yarışlarında isə yeganə snayperimiz – Mehriban Məcidova 53 rəqibində geri qalaraq, 54-cü olub.
Qeyd edək ki, Avropa çempionu adını qazanan idmançı London Olimpiadasına lisenziya da qazanıb.

- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0