Yarımfinalçılar bəlli oldu
11.03.2011 - 00:01
“Böyük İpək Yolu” beynəlxalq boks turnirində 2-ci gün geridə qalıb. Apasport.az saytının xəbərinə görə, Bakı İdman Sarayında keçirilən yarışda artıq yarımfinalçıların adları məlum olub.
Hələlik yarışın əsas sensasiyası Azərbaycan boksçusunun adı ilə bağlıdır. Belə ki, 69 kq çəki dərəcəsində mübarizə aparan Emil Əhmədov rusiyalı dünya və Avropa çempionu Andrey Zamkovoyu 7:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Əhmədov 2010-cu ildə gənclər arasında dünya birinciliyində iştirak etsə də, mükafatçılar sırasına düşə bilməmişdi. O, bu il böyüklər arasında Azərbaycan çempionatında da fəxri kürsüdən kənarda qalmışdı.
Milli komandamızın əsas üzvlərindən İlkin Ağayev (52 kq) isə gənc boksçu Ramal Yusifzadəyə 0:11 hesabı ilə məğlub olub. WSB liqasında “Baku Fires”in heyətində də çıxış edən Rəhim Nəcəfov (56 kq) Türkiyə idmançısı Abdullah Kondi üzərində qələbə qazanıb - 6:0. Millimizin daha bir üzvü – Sadiq Eynullayev (69 kq) yarımfinala vəsiqə əldə edib.
Həmyerlimiz Qazaxıstan boksçusu Süleyman Borbukayevi mübarizədən kənarlaşdırıb.
81 kq-da bir nömrə olan Vətən Hüseynli tacikistanlı Sunatillo Çobarovu məğlub edib, 8:3. Bu yaxınlarda Macarıstanda keçirilmiş turnirin qalibi olan Teymur Məmmədov “Böyük İpək Yolu” turnirinə qələbə ilə başlayıb. Milli komandamızın üzvü iranlı Omid Babaini nokauta salıb. Martın 11-də turnirin yarımfinal görüşləri keçiriləcək.
Xatırladaq ki, yarışda 8 ölkənin nümayəndələri qələbə uğrunda mübarizə aparırlar.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0