Ramil Quliyev: Azərbaycanı da sevindirəcəyəm
19.03.2011 - 00:00
“Burada evimdəki kimiyəm. Türk vətəndaşı olaraq, idmançı karyeramda yeni səhifə açdım. Artıq Azərbaycanın Türkiyə adından çıxış etməyimə icazə verməsini gözləyirəm”. Apasport.az saytının mətbuatına görə, bunu Azərbaycan yığmasının sabiq atleti Ramil Quliyev deyib.
Türkiyə vətəndaşlığı aldığı üçün xoşbəxt olduğunu bildirən həmyerlimiz yeni milli komandasında medal hesabını tezliklə açacağına söz verib: “Buraya gəlmək mənim üçün əla oldu. Türkiyə vətəndaşlığı alıb, rahatlandım. Artıq hər şey yeni başlayır. İnşallah, “ay-ulduzlu” formada uğurlu çıxış edib, medal qazanaram. Bütün duyğularımı və motivasiyamı bu hədəfə tuşlayacağam”.
Quliyev Türkiyə ilə yanaşı, Rusiya və Qatardan aldığı təkliflərə də münasibət bildirib: “Onların təkliflərinə heç diqqət yetirmədim. Çünki Qatar başqa dildə danışır və mədəniyyətləri fərqlidir. Ora yollansaydım, mənim üçün yeni məkan olacaqdı. Türkiyədə vətənimdəki kimiyəm. Azərbaycanla buranın fərqi yoxdur. Bir az dildə fərqlilik var. Amma bu da çox böyük deyil. Mədəniyyətlərimiz də eynidir. Bir sözlə, burada çətinlik yaşamıram”.
Türkiyə bayrağı altında yarışacağı günü səbirsizliklə gözləyən sprinter bildirib ki, hazırda bunun üçün icazənin verilməsi zəruridir: “Olimpiya Oyunlarında mübarizə aparmaq hər bir idmançının arzusudur. Bu mötəbər yarışda iştirak etməyi çox istəyirəm. Bunun üçün Azərbaycanın mənə icazə verməsini və Türkiyə adından qatılacağın ilk Olimpiadada öncə finallara yüksəlməyi hədəfləyirəm. Bundan sonra isə ilk “3-lük”də yer alaraq, medal arzulayıram”.
21 yaşlı idmançını sözlərinə görə, Türkiyə vətəndaşlığı alsa da, Azərbaycan vətəndaşlığını da daşıyır: “Mən həm də Azərbaycan vətəndaşıyam. Bunun üçün qazanacağım medallar hər 2 ölkəni sevindirəcək”.
2009-cu ildə Universiadada 200 metri 20,04 saniyəyə qaçan sprinter bu məsafədə dünyanın 1 nömrəsi yamaykalı Useyn Boltla rəqabət aparmaq arzusundadır. O, deyib ki, rəqabətdə özünə güvənir: “Daha yaxşı çıxış edə bilərəm. Hələ gəncəm. Atletikada 23-25 yaşlarında ən yaxşı formanı yığırsan. Bu yaşlarda pik nöqtəsində olursan və lazımı nəticələrə imza atırsan. Useyn Boltla yarışacaq qədər özümə inanıram. Yaxın günlərdə yarış olacaq və onunla qaçış zolağına çıxacağam. Hər kəs necə Olimpiya çempionu ilə necə qaçacağımı görəcək”.
Qeyd edək ki, Türkiyə vətəndaşlığını qəbul edən Quliyev Azərbaycan Atletika Federasiyasının xüsusi icazəsi olmasa, 3 il “ay-ulduzlu” formanı geyinə bilməz.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0