Fövqəladə Hallar Nazirliyi yeni seçmə komanda yaradır - FOTOSESSİYA
19.03.2011 - 15:59
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq klubu təşkilatın tabeliyindəki qurumlar arasında armrestlinq üzrə növbəti çempionatını keçirib. Apasport.az saytının məlumatına görə, FHN-nin II yarışında 17 qurumdan 70-dək idmançı iştirak edib.
Mülki Müdafiə Qoşunlarının idman kompleksində 6 çəki dərəcəsində yarışı beynəlxalq dərəcəli hakim Azad Mustafayev idarə edib. 2 gün davam edən gərgin mübarizədən sonra Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları (DSXX) Elmar Heybətovla (65 kq) Artur Məmmədkərimov (75 kq), Dövlət Yanğından Mühafizə Xidmətindən (DYMX) Abbas Paşayev (70 kq), Mülki Müdafiə Qoşunlarından (MMQ) Nurlan Qasımov (80 kq), Xüsusi Riskli Xilasetmə Xidmətindən (XRXX) Yalçın Məmmədov (90 kq) və Sumqayıt Regional Mərkəzindən (Sum.RM) Rəşad Hacıyev (+90 kq) çempionatın qalibləri olublar.
Çempionatın əsasnaməsinə görə l-X yerlərin cəmində ən yüksək nəticə göstərən Dövlət Sularda Xilasetmə Xidməti ötən il olduğu kimi yenə də komanda hesabında hamıdan güclü olub. Xüsusi Riskli Xilasetmə Xidməti ikinci, FHN-nin Akademiyası isə üçüncü yeri tutub. Yarışda fərqlənənlərə diplomlar, medal və idman geyim geyimləri, komandalara isə xüsusi kuboklar təqdim edilib.
Mükafatlandırma mərasimində FHN əməkdaşları arasında idmana xüsusi meyl olmasını müsbət hal kimi dəyərləndirən təşkilatın İdman-Sağlamlıq Mərkəzinin rəisi, polkovnik Füzuli Musayev, bu çıxışlarının ilboyu digər növlər üzrə yarışların nəticələrinə əlavə ediləcəyini xatırladıb. Bu ildən armrestlinq üzrə nazirliyin seçmə komandasının yaradılacağını və respublika yarışlarında iştirak edəcəklərini bildirib. O, həmçinin Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun nazirliyin əməkdaşlarının, o cümlədən hərbi və xüsusi rütbəli qulluqçularının fiziki hazırlığının yüksəldilməsi üçün idman tədbirlərinin keçirilməsini daim diqqətdə saxladığını qeyd edib. FHN əməkdaşları arasında cari ilin 4-cü çempionatı apreldə stolüstü tennis üzrə olacaq.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0