Azərbaycanın aparıcı taekvondoçusu karyerasını başa vurur
24.03.2011 - 16:09
Taekvondo üzrə 2004-cü il Afina və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının iştirakçısı Rəşad Əhmədov karyerasını başa vurmağı qərara alıb.
Bu haqda Lent.az-a Azərbaycan milli komandasının baş məşqçisi Ələkbər İmaməliyev məlumat verib. Onun sözlərinə görə, 29 yaşlı idmançı bu yaxınlarda Almaniyada keçirilmiş beynəlxalq turnirdə zəif çıxışından sonra belə qərara gəlib. Artıq Əhmədov bu istəyini baş məşqçiyə də çatdırıb: “Rəşad deyir ki, son zamanlar çıxışları nədənsə, alınmır. Xüsusən, taekvondoçuların elektron jiletə keçmələrindən sonra istədiyi kimi döyüşə bilmir. Ona görə də getmək istəyir. Qəti qərara gəlsə, yəqin ki, özü bu yaxınlarda açıqlayacaq”.
Hazırda ölkə xaricində istirahətdə olan taekvondoçumuzun özü ilə əlaqə saxlamaq isə mümkün olmayıb.
Qeyd edək ki, Rəşad Əhmədov hər iki olimpiadada medalın bir addımlığında dayanıb. O, Avropa çempionatlarında gümüş, dünya çempionatlarında isə bürünc medal qazanıb.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0