Elxan Məmmədov: Mükafat haqda oyundan qabaq danışmırıq - MÜSAHİBƏ
27.03.2011 - 23:31
AFFA-nın baş katibi Elxan Məmmədov Belçikaya gələn azərbaycanlı jurnalistlər üçün brifinq keçirib. O, apasport.az saytının Belçikaya ezam olunmuş əməkdaşının da suallarını cavablandırıb.
- Bizi qarşıda Belçika ilə çətin oyun gözləyir. Bu səfər görüşü ilə bağlı nə deyə bilərsiniz?
- Düzgün vurğuladınız ki, çox çətin oyunumuz var. Təbii ki, biz bunu yaxşı başa düşürük və komanda gözlədiyimiz bu çətin sınağa demək olar hazırdır. Bildiyiniz kimi, yığmamız Belçika ilə oyuna hazırlıq məqsədilə bir həftədən çoxdur təlim-məşq toplanışı keçir. Bu, Almaniyada təşkil olunmuşdu. Komanda 3 gün bundan qabaq Belçikaya gəlib. Burada hazırlığın son mərhələsi keçirilir. Gördüyünüz kimi, Belçika yığması çox iddialı komandadır, heyətində gənc futbolçuları var. Təbii ki, onlarla birgə təcrübəli futbolçular da oynayır. Həmin komandanın qrupumuzda 2-ci yer uğrunda mübarizə aparması göz qabağındadır. Təbii ki, bu mənada Azərbaycan yığması ilə oyun onlar üçün vacibdir və martın 29-dakı görüşə çox ciddi yanaşırlar.
- Necə fikirləşirsiniz, Belçikanın ötən cümə səfərdə Avstriya yığmasına qalib gəlməsi millimizin xeyrinə ola bilər, yoxsa?
- Belçika ötən ilki rəsmi oyunlarda uğursuz nəticə göstərsə də, bu görüş bir daha göstərdi ki, qarşıdakı rəqibimiz sona kimi mübarizə aparacaq və Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmağa çalışacaqdır.
- Real yanaşsaq, Belçika ilə səfər oyununda millimizdən hansı nəticəni gözləyirsiniz?
- Oyunu səfərdə keçirəcəyimizi, Belçika yığmasının gücünü nəzərə almaq lazımdır. Ümumiyyətlə, məsələlərə real baxmağa çalışmalıyıq. Bildiyiniz kimi, yığmamıza evdə güclü azarkeş dəstəyi altında oynamaq daha rahatdır. Bizə rəqib meydanında oynamaq daha çətin olduğundan, çoxsaylı yoldaşlıq görüşlərini daha çox səfərdə təşkil edirik. Hal-hazırda nəticədən danışmaq bir az çətin olacaq. Ancaq bir şeyi deyə bilərəm ki, millimiz, futbolçularımız azarkeşlərimizi məyus etməmək üçün əlindən gələni edəcəkdir. Əsas odur ki, komandamız meydanda bacarığını göstərə bilsin.
- Qələbə olarsa, mükafat veriləcək? Ümumiyyətlə, nəticə müqabilində hansı məbləğdə mükafat nəzərdə tutulub?
- Bildiyiniz kimi, siyasətimizə uyğun olaraq mükafat haqda oyundan qabaq danışmırıq. Bu siyasət artıq üç ildir tətbiq olunur.
- AFFA Belçikadakı azarkeşlərimizə 100 bilet alıb. Bunlar artıq verilibmi?
- Bəli. Biz 100 bilet əldə etdik və onları ölkəmizin Belçikadakı səfirliyinə verdik. Təbii ki, səfirlik də müvafiq qaydada onları paylayır. İndi məlumat veririk ki, səfirlik əlavə olaraq 100 bilet əldə edib. Onlar da azarkeşlərimiz üçün təmin edilib. Bundan başqa, azarkeşlər də özləri də 15 min avro verərək, stadionun kassalarından bilet əldə edə bilərlər. Bu gün biz əlavə 50 bilet sifariş etdik. Çünki Azərbaycandan da 30-a yaxın azarkeşin gəlməsi haqda məlumatımız var. Əlavə 20 bilet isə buradakı tələbələrin stadionda daxil olması üçün nəzərdə tutulub. İnanırıq ki, burada yaşayan həmyerlilərimiz arenaya gəlib, millimizə çətin oyunda dəstək olacaqlar. Azarkeşlərimiz oyun keçiriləcək stadion 2A sektorunda yerləşəcəklər və biletlərini ora ala bilərlər.
Mehman SÜLEYMANOV

- BOK-un tibbi ekspertindən Bakıda elmi-praktik təlim - FOTO
- Antidopinq İntizam və Apellyasiya Komitələrinin üzvləri üçün təlim keçirilib - FOTO
- Üzgüçümüz Sofiyada qızıl medal qazanıb
- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
0
0