Rövnəq Abdullayev Brüsselə gələcək
27.03.2011 - 23:47
AFFA prezidenti Rövnəq Abdullayev Belçikaya yollanacaq. Apasport.az saytının Brüsselə ezam olunmuş əməkdaşının məlumatına görə, assosiasiya başçısının milli komandamızın Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika yığması ilə martın 29-da keçiriləcək səfər görüşünü izləməyə gələcəyi gözlənilir. AFFA-nın baş katibi Elxan Məmmədov bununla bağlı apasport.az-ın əməkdaşının sualını cavablandırıb. O, Abdullayevin çox güman ki, Brüsselə səfər edəcəyini bildirib.
Qeyd edək ki, Abdullayev adətən millimizin səfər oyunlarını izləməyə gəlir.
Mehman SÜLEYMANOV
Qeyd edək ki, Abdullayev adətən millimizin səfər oyunlarını izləməyə gəlir.
Mehman SÜLEYMANOV
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0