Azərbaycan milli komandası daha bir itki ilə üzləşdi
28.03.2011 - 00:47
Azərbaycan millisi Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika yığması ilə rəsmi oyun öncəsi daha bir itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran” klubunun müdafiəçisi Elnur Allahverdiyev sabahkı rəsmi səfər oyununu buraxmalı olacaq. Buna səbəb onun zədəli olmasıdır. Elnur bu üzdən millimizin dünənki açıq məşqində iştirak etmədi. Nəticədə həmin hazırlıqda 19 futbolçu yer aldı.
Allahverdiyev dünən səhər məşqində iştirak etsə də, axşam çalışmasında ayağındakı zədəyə görə oteldə qaldı. Millimizin bir həftəlik Almaniyadakı təlim-məşq toplanışında iştirak edən Elnur hələ Premyer Liqamızda “altılığ”ın ilk turunda AZAL-la səfər oyununda aldığı zədənin əziyyətini çəkir.
“Şəfa” stadionundakı həmin görüşdə ayağından xəsarət alan Allahverdiyev əvəzlənmək istəsə də, qapıçı Kamran Ağayevin yoxluğunda komandanı meydana kapitan çıxaran müdafiəçi meydanda sona kimi qalası oldu. Bunun ardından ağrıkəsici iynələrin hesabına “Neftçi” ilə prinsipial oyuna çıxan Elnur indi millimizin rəsmi oyununu buraxmaq təhlükəsi ilə üzləşib. Yığmamızın baş məşqçisi Berti Foqts onu Belçika ilə görüşdə ağrıkəsici iynələrlə meydana buraxmaq riskini etmək fikrində deyil.
İndi hamını maraqlandıran Allahverdiyevin kiminlə əvəzlənəcəyidir. O, “Xəzər Lənkəran”da müdafiənin sağ cinahında oynasa da, millidə daha çox adət etdiyi solda oynayır. Bu mövqedə onu Rail Məlikovun əvəzləyəcəyini deyə bilərik. Düzdür, Rail sağ cinah müdafiəçisi olsa da, millimizdə elə Foqtsun vaxtında solda oynadığı vaxtlar olub. Maraqlıdır ki, Foqrs son rəsmi səfər oyunumuz olan Avstriya ilə görüşdə Məlikovu müdafiənin solunda, Allahverdiyevi isə sağında oynatmışdı.
Qeyd edək ki, millimiz Belçika ilə oyuna açıqlanan 21 nəfərlik heyətindən Samir Abasov sonradan zədə üzündən kənarda qalmışdı. Nəticədə “Qarabağ”ın dayaq yarımmüdafiəçisi, hazırda millimizin ən yaşlı (33) futbolçusu olan Samir səfərə aparılmadı.
Mehman SÜLEYMANOV

- Üzgüçümüz Sofiyada qızıl medal qazanıb
- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
0
0