“İnanın ki, Azərbaycan futbolu bir gül kimi açacaq”
28.03.2011 - 19:20
Bu gün Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Belçikada mətbuat konfransı keçirib. Apasport.az saytının Brüsselə ezam olunmuş əməkdaşının məlumatına görə, almaniyalı mütəxəssis daha çox azərbaycanlı jurnalistlərin suallarını cavablandırsa da, ora gələn azsaylı belçikalı həmkarlarımızı da diqqətdən kənarda qoymadı. Özü də belçikalı jurnalistlər Foqtsa sualları almanca verdiyindən, onlarla tərcüməçisiz, birbaşa ünsiyyət qururdu. O, mətbuat konfransına Belçika ilə sabahkı rəsmi oyuna hazırlıq haqda fikirlərini bildirməklə başladı.
- Biz artıq 9 gündür hazırlıqdayıq. Onu deyə bilərəm ki, ümumilikdə çox razı qalmışam. İlk günlərdə fiziki baxımdan bir az çox işləməli idik. Futbolçulardan ilk günlərdən özlərini müsbət tərəfdən göstərdiklərinə çox razı qaldım. Mən fürsətdən istifadə edib, AFFA rəhbərliyinə bizə bu şəraiti, Almaniyada bu oyuna hazırlaşmağa imkan yaratdığına görə minnətdarlıq edirəm. Belçika yığmasının çox sürətli futbol oynadığını nəzərə alsaq, biz bu şəraitdə məşq etməli idik. Biz belə meydança tapa bildik. O, çox gözəl səviyyədə idi və orada sürətli məşqlər edə bildik. Ancaq sözsüz, hamınız bilirsiniz ki, məşqlə oyun bir-birindən fərqlidir. Ümid edirəm ki, futbolçularımız məşqdə göstərdiklərini sabah oyunda da göstərə biləcəklər. Hər şey buna hesablanıb. Hazırlıq optimal keçib. Onu da nəzərə almalıyıq ki, Belçika bir neçə gün öncə səfərdə yaxşı oyun göstərərək, Avstriya yığmasına qalib gəlib. Ancaq buna baxmayaraq, sabahkı oyunu həvəslə gözləyirik. Sabah Brüsseldə göstərmək istəyirik ki, nəyi öyrənmişik, nəyi bacarırıq, rəqib imkan verəndə topla necə oynaya bilirik. Belçika yığmasının sabah çətinliklə üzləşməsi üçün əlimizdən gələni etmək istəyirik. Mənim komandamda xaricdə də oynaya bilən gözəl futbolçularım var. Onlar bilirlər ki, sabah onları çətin oyun gözləyir. Hamınız gözəl bilirsiniz ki, Azərbaycan milli çempionatı ilə beynəlxalq oyunlar arasında böyük fərq var. Komandamızın gənc olduğunu nəzərə almalıyıq. Bu, uzun müddətli proqramdır və inşallah, 5-6 ilə Avropada yüksək səviyyədə futbol oynaya bilərik. Özünüz də yaxşı bilirsiniz ki, futbolda hər şey mümkündür. Çünki hər gün futbol haqda yazırsınız. Oyun 90 dəqiqə davam edir, 2 qapı var və onlara qol vurmaq lazımdır.
- Zədə üzündən millidən ayrılmalı olan müdafiəçi Elnur Allalhverdiyevin yoxluğunu böyük itki sayırsınız?
- Elnur yaxşı futbolçudur. Sözsüz ki, Allahverdiyevə yüz faiz sağlamlıq lazımdır və onun yoxluğunda bizə çətin olacaq. Təəssüf ki, Almaniyada təlim-məşq toplanışında futbolçularımız topla məşq edəndə Elnur zədəyə görə bunu edə bilmirdi. Mən millidə itki haqda həvəssiz danışıram. Həmişə əvəzetmədən danışmaq istəyirəm. Elnurun mövqeyində başqa futbolçu oynayacaq ki, o, sabahkı oyunda bacarığını göstərməli, komandaya kömək etmək, nəticə qazanmağımız üçün vuruşmalıdır. Bilirəm ki, Elnur haqda yazacaqsınız, ancaq olduğunu yazmağınızı istəyirəm. Yəni niyə biz onu evə göndərmişik? Allahverdiyev “Xəzər Lənkəran” klubunun futbolçusudur, orada maaşını alır. Buna görə də onu klubuna göndərməklə, düzgün yol seçmişik. Klubda Elnuru həkim yoxlamalıdır və sözsüz ki, dəqiq diaqnoz qoymaq üçün bunu edəcəklər. Bizim işimiz odur ki, futbolçu milliyə zədəli gəlirsə, ona kömək edə bilmiriksə, klubuna göndərməliyik və orada müalicəsi keçməlidir.
- Türkiyə üzərində qələbədən sonra sabah da bunu gözləyirsiniz, yoxsa?
- Sözsüz ki, Belçikaya qalib gəlsək, bu, tam başqa qələbə olacaq. Çünki sabah bizdə səfər oyunudur. Böyük futbolçu ölkələri “kiçik futbol ölkələri”nə qarşı oynayanda, diqqətli olmalıdırlar. Belçika səfərdə Avstriyaya qalib gəldiyindən, sabah meydana arxayın çıxacaq. Onlar bizə öz oyunumuzu nümayiş etdirməyə imkan versə, qələbəni “bağışlasa”, sözsüz ki, bunu qəbul edəcəyik. Bu baxımdan heç bir problemimiz yoxdur. Sabah əlimizdən gələni edəcəyik ki, nə badə Belçika üçün asan oyun olsun, öz oyununu nümayiş etdirə bilsin. Bildiyiniz kimi, Almaniyanın Mönhenqladbaxt şəhərində yaşayıram. Bu, Belçika və Hollandiyanın sərhədinə yaxın olduğundan, həmin ölkələrin futbolçularını çox gözəl tanıyıram. Belçika millisinin baş məşqçisi Jorj Leekens mənim dostumdur. Rəqibin bəzi futbolçuları Münhenqladbaxtın “Borussiya” klubunda oynayırlar. Buna görə də sabah bizi nə gözlədiyini bilirəm, Belçika yığmasının oyunundan sürpriz gözləmirəm.
- Leekensi haradan tanıyırsınız?
- Biz bir neçə vaxt Cənubi Afrika Respublikasında bir yerdə olmuşuq. Buna görə Leekenslə yaxın münasibətimiz var. Onun necə işlədiyini uzun müddətdir izləyirəm. Belçika Avstriyanı yenəndə mən Leekens üçün çox sevinmişdim.
- Rəqibin heyətində bir sıra ciddi itkilər var. Maruan Fellaini, Tomas Vermalen, Vensan Kompani cəza üzündən oynamayacaq. Bu, futbolçularımızda bir az arxayınlaşma yarada bilər. Siz bununla, motivasiyanın artırılması ilə əlaqədar hansı iş aparırsınız?
- Əgər mən futbolçularımı Avropa çempionatının seçmə mərhələsindən əvvəl motivasiya etməliyəmsə, deməli, milliyə yanlış oyunçular çağırılıb. Bu, elə bir oyundur ki, burda motivasiya etmək lazım deyil. Futbolçular özləri özlərini motivasiya etməlidirlər. Çünki Azərbaycanın gənc futbol ölkəsi, AFFA-nın gənc olduğunu bilirlər. Sabah futbolçularımız bu fürsətdən istifadə etməlidirlər. Yəni futbol ekspertləri, xarici klub məşqçiləri azərbaycanlı futbolçuları görəndə onların nəyə qadir olduqlarını bilsinlər. Biz bunu ölkəmiz, federasiya üçün edirik. Onlar göstərməlidirlər ki, gənc olsaq da, beynəlxalq səviyyədə güclü futbol oynaya bilirik. Dediyiniz futbolçular oynamamağı heç nəyi dəyişmir. Çünki futbol komanda idman növüdür. Biz həmin futbolçulara yox, Belçika yığmasına qarşı oynayırıq və bu, çox vacibdir. Həmin futbolçular Avstriyaya qarşı da oynamadı. Ancaq Belçika buna baxmayaraq, səfərdə 2:0 hesabı ilə qalib gəldi.
- Bu qələbə sizin üçün sürpriz oldu, yoxsa yox?
- Mənim üçün çox böyük sürpriz Almaniyanın ilk turda səfərdə Belçikaya qalib gəlməsi oldu. Mən bunu gözləmirdim. Çünki Almaniya komandalarının həmişə Belçikaya gələndə nə qədər çətinlik çəkdiyini bilirəm. Belçika səfərdə Türkiyəyə də qalib gələ bilərdi. Rəqibin ikisi də güclü olanda, kiçik nüanslar oyunu həll edir. Fikir verin, Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Belçikaya qalib gələndən sonra dedi ki, bu, qrupda 1-ci yeri tutmaq üçün çox vacib addım idi. Mənə elə gəlir, bu sözlər Belçika yığmasının keyfiyyətləri haqda hər şeyi deyir. Buna baxmayaraq, biz Belçikada gizlənmək istəmirik. Öz komandamdan yaxşı oyun gözləyirəm. Futbolçularımdan tələb edirəm ki, 90 dəqiqə ərzində bacarıqalrını göstərsinlər. Onlar Avstriyada yol verdiyimiz səhvləri burada etməməlidir. Bu, Almaniyadakı səfər oyunumuza da aiddir. Orada uzatma dəqiqələrində qol buraxmışıq. Bu səhvləri gənc futbolçular edə bilərlər. Ancaq sözsüz ki, onlar oyundan-oyuna azalmalıdır. Əgər sabah səhvlərə yol verməsək, Belçikanı çətin oyun gözləyir.
- Yaxşı nəticə ilə evə qayıtmaq üçün sabah komandanı hansı taktika ilə meydana çıxarmaq istəyirsiniz?
- Sözsüz ki, mən bura Almaniya komandası ilə gəlsəydim, tamam başqa taktika ilə meydana çıxardım. Ancaq buna baxmayaraq, komandamızda güclü futbolçular var. Rəqib ilk dəqiqələrdən futbolçularımızı sıxmağa, zonaları vaxtında bağlamaqla, topla hərəkət etməyimizə, onu saxlamağımıza imkan verməməyə çalışacaqdır. Mən bütün bunların hamısını nəzərə almışam. Öz komandama demişəm ki, bizdə imkan, boş zona olan kimi hücuma meylli yarımmüdafiəçilərimiz hücumçularımızı zərbə mövqeyinə çıxarmalıdır. Biz sabah bundan istifadə edəcəyik. Mən öz komandamdan tələb edirəm ki, sabah soyuqqanlı, aqressiv oynasın. Gənc futbolçularımız çoxdur və hamıya demişəm ki, gizlənmək lazım deyil, meydana çıxın. 90 dəqiqədə göstərin ki, siz də uğurlu futbol oynamağı bacarırsınız. Sözsüz ki, Avropa stadionlarındakı atmosfer gənc futbolçular üçün çətinlik yaradır. Ancaq buna baxmayaraq, onlar öyrənirlər, səfərdə bir neçə dəfə oynayıblar. Buna görə də məncə, sabah bu baxımdan da problem olmayacaq.
- Sizdən bu cavabı gözləmirdik. Çünki eşitmişik ki, Azərbaycan yığması həmişə müdafiəyə meylli oynayır...
- İnanın ki, biz sabah meydana 10 müdafiəçi ilə çıxmayacağıq. Bildiyimə görə, biz cari seçmə mərhələdə Almaniya yığmasının qapısına qol vuran yeganə komandayıq. Ancaq Belçika yığması bunu etmədi.
- Deyilənə görə, Belçika – Azərbaycan oyununu xarici menecerlər izləyəcək. Onlar sırf futbolçularımıza baxacaqlar. Sizin bu haqda məlumatınız var?
- Yox. Bunu ilk dəfə eşidirəm. Bəlkə onlar təkcə bizim futbolçulara yox, belçikalılara da baxacaqlar.
- Azarkeşləri sizi səfər oyununda müdafiə futbolu oynamaqda qınayır. Ən azından risk edib, çox qol buraxsaq da, maraqlı, daha baxımlı futbol oynamağımızı istəyirik. Bu dəfə belə olacaq?
- Əgər sabah rəqib bizə imkan versə, bəli.
- Axı Belçika yığması buna imkan verməyəcək...
- Buna görə azarkeşlər tez-tez xarici çempionatlardakı oyunlara baxmalıdırlar ki, orada necə sürətli futbol nümayiş etdirirlər. Mən Azərbaycan çempionatına gedəndə bəzi jurnalistləri oyunlarda görürəm. Ancaq onu nəzərə almalıyıq ki, sabah stadionda 20-30 min azarkeş olacaqdır. Ona görə gənc komandamıza ilk dəqiqələrdən öz oyununu tapmaq bir az çətindir. Özünüz bilirsiniz ki, beynəlxalq səviyyədə daha sürətlə oynanılır, nəinki Azərbaycan çempionatında.
- Belçika yığmasının hansı futbolçuları komandamıza problem yarada bilərlər?
- Mən bunu sizə yox, öz oyunçularıma deyəcəyəm. Futbolda təkcə oyunçu matçı həll eləmir. Bu, komanda idman növüdür. Meydanda bütün komanda şəklində oynamaq vacibdir. Hər bir futbolçuları bəzi nüansları həll edə bilər, ancaq bütün oyunu yox. Mən bunu komandama demişəm və futbolçularım bunu bilirlər.
- Çox güclü komandaya qarşı oynayacağımıza baxmayaraq, ilk dəfədir belə nikbin çıxışınızı görürəm. Yəqin ki, nikbinliyiniz futbolçulara da sirayət edəcək. Bu o deməkdir ki, sabah Azərbaycan yığmasının tam fərqli, baxımlı oyununu görəcəyik?
- Mən bu suala sabah oyundan sonra sizə cavab verə bilərəm. Futbolçularımız təzyiq altında oynamağa öyrəşməyiblər. Bu, azarkeşlər, jurnalistlər tərəfindən ola bilər. Məşqdə hər şey gözəldir. Orada təzyiq yoxdur, nə azarkeşlər, nə də jurnalistlər var, yalnız komandanın özüdür. Türkiyə yığması elə ev oyununda bunu yaxşı nümayiş etdirdik. Əgər sabah komandam menecerlərin izləyəcəyi görüşdə, 30-40 azarkeşin, jurnalistlərin təzyiqi altında oynaya bilsə, inanın ki, Belçika üçün çətin olacaq. Komandamızda liderlər, təcrübəli futbolçular var. Onlar komanda yoldaşlarına kömək etməli, arxasınca aparmalıdır. Səhvlər edə bilərlər, ancaq hər bir futbolçu komanda yoldaşının səhvini düzəltməyə hazır olmalıdır. Səhvdən sonra sınmaq lazım deyil, oyun 90 dəqiqə davam edir. Əgər sabah bütün bunları oyunda göstərə bilsək, yaxşı nəticə elə evə qayıdacağımıza inanıram.
- Milli komandamız 30 mini unudub, burada 250 nəfərin onlara azarkeşlik etdiyini fikirləşsinlər...
- Siz azərbaycanlısınız?
- Bəli.
- Siz azərbaycanlıların mentalitetini tanıyırsınız.
- Təbii.
- Sözsüz ki, mentaliteti nəzərə alanda, bu baxımdan komandaya kömək etməliyik. Bunun üzərində işləyirik ki, gənc futbolçulara kömək edək. Ona görə də futbol Azərbaycan üçün çox vacibdir. Bu, həm də sosial baxımdandır. Bir-birimizə kömək, dayaq olmalıyıq. Biri səhv edibsə, eybi yoxdur. 5 nəfər sənə kömək edəcəkdir. Bu, ölkə üçün də vacibdir. İnanın ki, vaxt gələcək, Azərbaycan futbolu bir gül açılacaq və Avropa səviyyəsində güclü oyun nümayiş etdirəcək, uğurlu çıxış edəcək.
Mehman SÜLEYMANOV

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0