Rəşad Sadıqov: Biz bunu rəqiblərimiz yatanda edirik
28.03.2011 - 16:21
Bu gün Azərbaycan milli komandasının futbolçuları Belçikada mətbuat konfransı keçiriblər. Apasport.az saytının Brüsselə ezam olunmuş əməkdaşının məlumatına görə, azərbaycanlı və belçikalı jurnalistlərin qarşısına yığmamızın qapıçısı Kamran Ağayev, kapitan Rəşad Sadıqov və yarımmüdafiəçi Elvin Məmmədov çıxmışdı.
Kapitan kimi məsuliyyəti öz üzərinə götürən Rəşad suallara daha çox cavab verirdi. Kamranla Elvin belçikalı həmkarlarımızın da suallarına daha çox Sadıqovun cavab verməsinə imkan yaradırdılar. Sadıqov öncə hazırlıq, Belçika ilə oyun haqda fikirlərini bildirdi.
- Fikrimcə, Belçika ilə oyuna yaxşı hazırlaşmışıq. Həm əhval-ruhiyyəmiz yaxşıdır, həm də komandada fərqli atmosfer var. Təbii ki, Türkiyə üzərində qələbədən sonra futbolçularımız bir-birinə daha çox inanır, atmosfer daha yaxşıdır, daha çox mehribançılıq var. Məşqlərimizi gözəl ab-havada keçdik. Səbirsizliklə sabahkı oyunu gözləyirik. Fikirləşirəm ki, inşallah, bu dəfə səfərdə fərqli Azərbaycan komandası görəcəksiniz. Biz bunu ürəkdən istəyirik və buna inanırıq. Çünki Belçikanın qarşısında Türkiyəni məğlub edən komanda olacaq. Biz də bu yükün nə olduğunu yaxşı başa düşürük. Artıq səfərdə də azarkeşlərimizi sevindirməliyik. Rəqib meydanında asanlıqla məğlub olub, pis oyun nümayiş etdirməyi geridə qoymaq, Allahın köməyi ilə burdan yaxşı nəticə ilə getmək istəyirik. Həmişə demişik ki, layiqli oyunla qayıtmaq istəyirik. Ancaq budəfəki istəyimiz yaxşı nəticə ilə ayrılmaqdır. Çünki burdan alacağımız 1 xal bizi qrupda fərqli yerlərə gətirəcək. Biz bunu yaxşı başa düşürük. Dişimizi-dişimizə sıxıb, sabah məğlub olmamağa çalışacağıq.
- Belçika ilə oyununda qarşıya 1, yoxsa 3 xal qazanmaq məqsədi qoyulub?
- İlk növbədə məğlub olmamağa çalışacağıq. İmkan olsa, qələbə qazansaq, bu, bizim üçün əla olar. Qrupda durumu özünüz də görürsünüz. Burda qazandığımız 1 xal, yaxud qələbə bizi tam başqa yerlərə gətirəcək. Çünki sonrakı 4 oyun evdədir. Biz də bu il tam fərqli seçmə mərhələ keçirmək, tam fərqli bir ab-havada olmaq istəyirik.
- Rəqibin heyətində fərdi oyun keyfiyyətləri olan yetərincə səviyyəli futbolçular var. Onların qarşısını necə ala bilərsiniz?
- Təbii ki, oyuna hazırlaşdıqda, rəqibi təhlil edərək, onun güclü tərəflərinə, aparıcı futbolçularına daha çox diqqət yetirirsən. Bu, normaldır. Biz də rəqibə uyğun hazırlaşırıq. Bilirik ki, Avstriyada yaxşı oyun nümayiş etdirərək, qələbə qazanıblar. Düzdür, zəif cəhətləri də var. Məşqçilərimiz də buna uyğun bizə tapşırıqlar verirlər. Rəqibin aparıcı futbolçularını zərərsizləşdirmək üçün əlimizdən gələni edəcəyik. İstədikləri nəticə əldə etməməklərinə çalışacağıq. Biz belçikalılarla 2-3 il əvvəl görüşmüşük. İndi bir az fərqli, daha sürətli, atletik futbol oynayırlar. Belçika yığması texniki-taktiki cəhətdən həmişə güclü olub. Ancaq bu il onlardan fərqli, heyətində sürətli futbolçuları daha çoxdur. İndi özlərinə daha inamlıdırlar, legionerləri də çoxdur. Avropa çempionatının final mərhələsinə qatılmaq istəyirlər. Avstriya ilə görüşdə yaxşı oyun nümayiş etdirdilər. Bundan əvvəl səfərdə Rusiyaya qalib gəlmişdilər. Belçika millisi artıq özünü isbatlamış komandadır. Türkiyə ilə səfər oyununda demək olar heç nədən məğlub oldular. Həmin oyun da heç-heçəlik idi. Biz də gözümüzdə özümüzü onlardan zəif görmək istəmirik. Düzdür, aydın məsələdir ki, bəzi cəhətdən bizdən güclü olacaqlar. Ancaq futbol komanda oyunudur. Biz də komanda şəklində onlardan daha güclü olmaq istəyirik.
- Qələbə qazanmaq üçün biz nə etməliyik?
- İlk növbədə bacarığımızı ortaya qoymalıyıq. Ürəkdən oynamalıyıq. Onlar ayaq qoyduğu yerə biz başımızı qoymalıyıq.
- Sözsüz ki, baş məşqçi futbolçularla ünsiyyətdə olur. Maraqlıdır, siz bir kapitan kimi komandada ruh yüksəkliyini artırmaq üçün futbolçularla necə danışmısınız?
- Tək mən deyiləm, yığmamızda təcrübəli futbolçular daha çoxdur. Aramızda belə danışıqlar çox olur. Yanmaq da istəmirik. Biz də yaxşı nöqtələrə gəlmək istəyirik. Bir futbolçu kimi karyeramızda yaxşı nəticələr olsun. Futbolçularımızın hamısında rahatlıq, özünə inam hiss edirəm. Görürəm ki, heç kim rəqibdən çəkinmir, qorxmur. Ən əsas da budur. Meydana artıq məğlub olmuş halda çıxmamalıyıq. Biz artıq özümüzə, ilk növbədə gücümüzə inanmalıyıq. Türkiyə üzərində qələbə qazanan komanda olduğumuza inanıb, meydana çıxmalıyıq. Çünki həmin günü Türkiyə üzərində yaxşı nəticə əldə edəcəyimizə inanmışdıq. Bu dəfə həmin məqsədə çatmaq üçün var-gücümüzlə mübarizə aparmalıyıq.
- Azərbaycan yığması Türkiyəni udub. Sizcə, Belçikanı da məğlub edə bilərsiniz?
- Bu, asan olmayacaq. Son oyunlar da göstərdi ki, Belçika yığması yaxşı formadadır, özlərinə inam var. Aparıcı futbolçuları Avropanın yaxşı klublarında çıxış edirlər. Bizdə komandanın öz gücü var. Bu da birliyimizdir. Onu nümayiş etdirib, buradan uğurlu nəticə ailə ayrılmaq istəyirik. Bizim üçün burdan 1 xal da uğurlu nəticə olacaq. Amma bundan başqa şeylər – 1 top fərqli məğlubiyyət, yaxşı oyun – bunlar bizim üçün uğursuz nəticədir. Sadəcə, Belçikadan xalla qayıtmaq uğurlu nəticə olacaq.
- Dediklərinizdən belə çıxır ki, biz sabah müdafiə futbolu yox, rəqiblə başabaş oynayacağıq...
- Təbii ki, Belçika ilə səfərdə 90 dəqiqə başabaş futbol oynayacağımızı desəm, bu, yalan olar. Bizə burda nəticə vermək lazımdır. Onu necə verəcəyik, hansı oyunla, baş məşqçinin tapşırıqları var. İndi hər şeyi burada açıqlamaq istəmirəm. Buna uyğun, onun tapşırıqlarını yerinə yetirib, uğurlu nəticə əldə etmək istəyirik. Ola bilər ki, 90 dəqiqə müdafiə olunduq, yaxud əks-hücumlarda oynadıq, başabaş futbol getdi. Bunu sabahkı oyun göstərəcək. İndi hər şeyi açıq danışmaq da olmaz. Amma təbii ki, daha çox müdafiədən oynayacağıq.
- Yığmamızın son yoldaşlıq görüşlərində daha çox müdafiəyə meylli heyət meydana çıxır. Nəticə, qələbə qazanmaq üçünsə qol vurmaq lazımdır ki, bunun üçün meydanda yaradıcı futbolçular çox olmalıdır. Belə heyət nəticə qazanmaq üçün çətinlik yaratmır?
- Gerçək danışaq. Biz hələ o səviyyədə deyilik və istər-istəməz rəqibə, onun güclü və zəif cəhətlərinə görə oyun qururuq. Elə olur ki, misal üçün, mərkəzdə oyunu aparan 2 yaxşı futbolçuları var və onlara qarşısını almaq, boşluqlar verməmək üçün 2 dağıdıcı futbolçu qoymağa məcbur olursan. Oyuna konkret son tapşırıqlar, heyətdə hansı ampluadan neçə futbolçu yer alacağı sabah məlum olacaq. Ancaq elə fikirləşmirəm ki, sabah tam müdafiəyə meylli heyət olacaq.
- Bizim daha çox qol vurduğumuz künc zərbəsindən ev tapşırığını Avropada da yavaş-yavaş öyrənirlər. Sizcə, belçikalılar bunu öyrəniblərmi? Onlara başqa sürpriz hazırlaya bilərsiniz?
- Bunu neçə illərdir ediblər, hamı öyrənib. Ancaq biz bunu rəqiblərimiz yatanda edirik. Yəni, nə vaxt etməli olduğumuzu bilirik.
- Sabah bunu sınayacaqsınız?
- Çətin.
- Baş məşqçi son 3 ildə milli komandada nə dərəcədə dəyişiklər edə, hansı yeniliklər gətirə bilib?
- Demək olar ki, heyətimiz tamamilə dəyişib. Millimiz daha çox gənclərdən qurulub. Oyun üslubumuz dəyişib. İndi atletik futbol oynayırıq. Komandamızın ümumi fiziki durumu daha yaxşıdır. Baş məşqçi Berti Foqts psixoloji planda tam Avropa futbolunu oynamağı bizdən tələb edir, bunu bizə yeridir. Foqtsun vaxtında yığmamızda dəyişiklər çoxdur, oyunumuz demək olar 90 faiz dəyişib. Biz də başa düşürük ki, baş məşqçimiz Avropa çempionudur. Onu eşidib, dinləyib, öyrətdiklərini mənimsəməyə çalışırıq.
Mehman SÜLEYMANOV

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0