“Azərbaycan yığması ilə oyunda meydanda ağalıq edəcəyik”
28.03.2011 - 17:32
“Əlbəttə ki, biz Azərbaycan yığmasından qorxmuruq. Qarşımızda o qədər də güclü olmayan komanda var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçika millisinin baş məşqçisi Jorj Leekens deyib.
Təcrübəli mütəxəssis Avro-2012-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə sabah keçiriləcək görüşü ərəfəsində fikirlərini açıqlayıb: “Avstriyadakı qələbədən sonra eyforiyaya da qapılmaq olmaz. Mübarizəsiz qalib gələcəyimizi düşünmürəm. Lakin Azərbaycanla oyun Avstriyadakı matçdan çox fərqlənəcək. İndi biz futbol oynayacağıq, meydanda ağalıq edəcəyik. Rəqib isə böyük qüvvə ilə qapanıb, bizim bu səddi keçməyimizə imkan verməyəcək. Təbii ki, onlar sürətli əks həmlələri də yaddan çıxarmayacaqlar. Bu isə o deməkdir ki, qapımızın təhlükəsizliyinin də qeydinə qalmalıyıq. Belə vəziyyətdə azarkeş dəstəyinin rolu böyük olacaq”.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0