Millinin seçmə oyunu təxirə salına bilər
29.03.2011 - 08:29
Avro-2012-nin seçmə mərhələsində keçirilməli olan Litva – İspaniya oyunu təxirə salına bilər. Apasport.az saytının məlumatına görə, Kaunas şəhərində baş tutmalı olan qarşılaşmanın keçirilməsində problem yaranıb. Belə ki, stadionun ot örtüyü bərbad vəziyyətdə olduğundan futbolçuların zədə almaq ehtimalı böyükdür.
Düzdür, UEFA nümayəndəsi Rayner Kox matçın keçirilməsində problem olmadığını bildirib. Lakin son qərarı oyunun hakimi Loran Dyuamel verməlidir. O, bu gün stadionun durumu ilə tanış olduqdan sonra matçın keçirilib-keçirilməyəcəyini açıqlayacaq.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0