“İstefa? Problem yoxdur, gedə bilərəm!”
30.03.2011 - 00:55
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts 2012-ci il Avropa çempionatının seçmə mərhələsində Belçika yığmasına 1:4 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransına ilk daxil oldu. Apasport.az saytının Brüsselə ezam olunmuş əməkdaşının məlumatına görə, orada belçikalı həmkarlarımız da iştirak etsə də, almaniyalı mütəxəssisə sualları yalnız azərbaycanlı jurnalistlər verdi. Adəti üzrə ilk olaraq oyun haqda fikirlərini bildirən Foqts sözlərinə Belçika yığmasını qələbə münasibətilə təbrik etməklə başladı və bunu iki dəfə qeyd etdi.
- Mən Belçika yığmasını qələbə münasibətilə təbrik etmək istəyirəm. Oyun haqda onu deyə bilərəm ki, rəqib bu gün bizdən güclü idi. Qeyd etmək istərdim ki, ilk hissədə sürətli futbol nümayiş etdirdik. Hiss olunurdu ki, Belçika səfərdə Avstriyaya qalib gəldiyindən, meydana arxayın çıxmışdı. İlk qoldan sonra öz oyunumuzu itirmədik, tapa bildik. Nəticədə hesabı bərabərləşdirməyə müvəffəq olduq. Gözəl oyun nümayiş etdirmişdik. Ancaq təəssüflər olsun ki, qapımıza 11 metrlik cərimə zərbəsi təyin edildi və bu, oyunun gedişini dəyişdirdi. İkinci hissədə yaratdığımız imkanlarla kombinasiyalı oyun nümayiş etdirə bildik. Ancaq bizdə son ötürmə alınmırdı. Təəssüflər olsun ki, öz səhvlərimizdən qollar buraxdıq. Mən doğrundan da inanıram ki, Belçika bu qrupda 2-ci güclü komandadır.
- Biz nədə uduzduq?
- Biz onda uduzduq ki, 2:1-dən sonra zonanı açmalı idik. Sözsüz ki, qabağa oynamalı, qol şansları yaratmalı idik. Uduzmağımızı digər səbəbi rəqibin çox gözəl sürətli oyun nümayiş etdirməsidir. Mən bu səbəbləri deyə bilərəm. Bu gün gördüyümüz səhvləri ölkə çempionatında görə bilmərik. Çünki burada həm sürətli futbol gedir, həm də rəqibin təzyiqi çox böyükdür.
- Heç matçın gedişində elə bir an oldumu ki, start heyətini düzgün qurmadığınızı fikirləşdiniz?
- Mənə elə gəlir ki, bu gün heyətdə Azərbaycanın ən güclü futbolçularıdır. Güclü bir rəqiblə qarşılaşmışıq. Əgər Azərbaycanda əsas heyətdə oynayanlardan başqa güclü futbolçular tanıyırsınızsa, mən xahiş ediəm ki, onların adlarını mənə deyərdiniz.
- Sizinlə razıyam ki, Azərbaycanda bundan artıq futbolçu yoxdur. Söhbət indi heyətdə mövqelərin dəyişik olmasından gedir. Mən bunu nəzərdə tuturam...
- Misal üçün kimi deyirsən?
- Mən gözləyirdim ki, Vaqif Cavadov solda, Rauf Əliyev daha irəlidə, Elvin Məmmədov onun arxasında oynayacaqdır. Biz ikinci hissədə bunu gördük. Həmin yerdəyişmələri matçın 15-20-ci dəqiqəsində eləmək olardımı?
- Yadımıza salsaq, Türkiyə ilə oyunda Vaqif ortada başladı, hücumda oynadı və nəticəni qazandıq.
- Bu oyun və məğlubiyyət Berti Foqtsun istefasını istəyənlər üçün bir şans yaratdı. Şəxsən mən bunu istəyənlərdən deyiləm. Mən sizinlə davam etməyin tərəfdarıyam. Sizin istefasının istəyənlərini sözünüz nə olardı?
- İstefa? Problem yoxdur, lazımdırsa, gedə bilərəm! Bunu tələb edirlərsə, mənim heç bir problemim yoxdur. Ancaq bu qərarı AFFA qəbul edir.
Mehman SÜLEYMANOV, Brüssel

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0