Kamran Ağayev: Bizdən yaxşılar varsa, qıraqda qalaq, gəlib oynasınlar
30.03.2011 - 02:45
“Bura qələbə üçün gəlmişdik. Buna inanırdıq, iddialı idik. Əlimizdən gələni etdik, amma gücümüz çatmadı.”. Apasport.az saytının Brüsselə ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri milli komandamızın qapıçısı Kamran Ağayev azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika yığmasına səfərdə 1:4 hesablı məğlubiyyətə üzülən Kamran nəticəyə görə üzr istəməyi lazım bildi: “Bu, əlimizdən gələn idi. Bizi bağışlasınlar. Hələ ki buna qadirik. Bundan yaxşıları varsa, qıraqda qalaq, gəlib oynasınlar. Yaxşıları seçib gətirirlər, bizlər gəlirik, əlimizdən gələni edirik. Budur bizimki. Çalışacağıq ki, bundan sonra daha gözəl nəticələr əldə edək. Azərbaycanda oynamadığımıza görə bağışlamaq olar. Belçikalılar hələ Azərbaycana gələcək. Tənqidi, danlamağı evdə belə bir nəticə olsa, edərlər”.

- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- Yevlax Olimpiya İdman Kompleksinə media-tur təşkil olunub
0
0