Rauf Əliyev: Bu, bir az adama şübhəli gəldi - MÜSAHİBƏ
30.03.2011 - 05:08
Azərbaycan milli komandasının futbolçusu Rauf Əliyevin Belçikaya ezam olunmuş azərbaycanlı jurnalistlərə müsahibəsi
- Belçika ilə oyunda Azərbaycan yığmasının heyətində yaxşı tapmaq çətin idi. Ancaq yenə də baxanda, ümumi “ansambl”da siz ən azı istəyinizlə seçilirdiniz. Şəxsən öz oyununuz və nəticə haqda nə deyə bilərsiniz?
- Özünüzün də dediyi kimi, böyük hesablı məğlubiyyət olan futbolçuların seçilməyi elə də vacib deyil. Çünki artıq hesab 1:4-dür. Mən əlimdən gələni edirdim ki, hesab belə olmasın. Mən oyunun belə hesabla qurtarmasını istəmirdim. Ancaq neyləmək olar? Onlar da çox güclü komanda idi. Bəlkə də qapımıza təyin edilən 11 metrlik cərimə zərbəsi olmasaydı, oyun tam başqa cür keçərdi.
- Siz həmin epizodu gördünüz? Onda 11 metrlik cərimə zərbəsi vardı?
- Top futbolçumuzun əlinə dəymişdi. Ancaq baş hakim ara verdi, penalti ilə bağlı pauzanı çox etdi və bundan sonra qərarını çıxardı. Bu, bir az adama şübhəli gəldi.
- Startda öz mövqeyinizdə oynamamağınız sizə narahatçılıq yaratmırdı? Hər halda, hücumçunun arxasında oynamaq bir qədər alışdığınız mövqe deyil...
- Düzdür, hücumçu kimi oynamaq mənim üçün daha rahatdır. Ancaq dediyiniz mövqedə oynamaq baş məşqçinin tapşırığıdır. Ortada rəqibin futbolçusu vardı, ona yaxın oynamalı idim. İkinci hissədə hücuma keçdim və orada əlimdən gələni etdim.
Mehman SÜLEYMANOV, Brüssel

- Yeniyetmə badmintonçularımız beynəlxalq turnirdə qızıl medal qazanıblar
- Bakıda nadir klassik avtomobillərin sərgisi təşkil olunacaq
- Bakıda Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçirilib
- Azərbaycan xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokuna ev sahibliyi edəcək
- 28 May – Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçiriləcək
0
0