“4:1 hesablı qələbədən razı qalmadım”
30.03.2011 - 10:01
“Azərbaycanla oyunun nəticəsindən tam razı qalmadım. Çünki 4:1 hesablı qələbəyə baxmayaraq daha çox şanslarımız var idi”. ” Apasport.az saytının məlumatına görə, bu sözləri Belçika milli komandasının futbolçusu Stiven Defur deyib.
O, Azərbaycan yığması ilə Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyundakı 4:1 hesablı qələbə haqda fikirlərini açıqlayıb: “Lakin istənilən halda çox güclü komandamız var. Baş məşqçimiz hər oyunun zəruriliyini başa salmışdı. Amma iyunun 3-də Türkiyə ilə keçirəcəyimiz oyun daha vacib əhəmiyyət kəsb edir. Həmin matça hazırlaşmağa 10 gün vaxtımız olacaq. Bu da kifayət edəcək. Düşünürəm ki, yenə dolu tribunalar qarşısına çıxacağıq”.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0