“Onunla yenə söhbət edəcəyik” - FOTO
02.04.2011 - 14:48
Taekvondo üzrə kişilərdən ibarət Azərbaycan yığması Mahaçqalada təlim-məşq toplanışını başa vuraraq Vətənə qayıdıb. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvləri hazırlıq müddətində Dağıstan, Osetiya və Çeçenistan yığmaları ilə sınaq döyüşlərində qüvvələrini sınayıblar.
Millimizin baş məşqçisi Ələkbər İmaməliyev bildirib ki, məşqlər yüksək səviyyədə keçib və bunu Koreyada davam etdirəcəyik: “Hazırlıq üçün Taekvondo Federasiya bizə əla şərait yaradıb. Dağıstanda yetirmələrimin güclərini bir daha yoxladıq. Bakıda 4 gün qaldıqdan sonra – aprelin 6-da yenidən təlim-məşq toplanışına yollanacağıq. Koreyaya isə Samir Aydınov (54 kq), Ziya Qasımov (58 kq), Fariz Əliyev(63 kq), Kvanqseok Kim, İlkin Şahbazov (hər ikisi 68 kq), Elvin Məmmədov (74 kq), Ramin Əzizov (80 kq), Təvəkkül Bayramov (87 kq) və Aydın Bəhməlovu (+87 kq) aparacağıq. Çox güman ki, mayda bu ölkədə təşkil ediləcək dünya çempionatında da bu idmançılarla təmsil olunacağıq. Asiyada hazırlığımız isə mundialın startına – mayın 1-dək davam edəcək. Səfərdən mayın 7-dən sonra qayıdacağıq”.
İmaməliyev milli komandamızın təcrübəli taekvondoçusu Rəşad Əhmədovun karyerasını bitirib-bitirməyəcəyinə də münasibət bildirib: “Rəşadın fikri hələ dəqiq deyil. Onunla yenə söhbət edəcəyik. Ola bilsin ki, karyerasını davam etdirsin”.
Baş məşqçi Əhmədovun çıxış etdiyi çəkinin Olimpiya çəki dərəcəsi olmasını da nəzərə alacaqlarını deyib: “Düzdür, 80 kq çəkili idmançılar Olimpiadaya lisenziya uğrunda yarışırlar. Amma Rəşadı əvəzləyəcək taekvondoçumuz da var. Ramin Əzizov özünü yaxşı tərəfdən göstərdiyini qeyd edə bilərəm. Amma 87 kq çəki dərəcəsində çıxış edən Təvəkkül Bayramovun da çəkisini aşağı salaraq, bu çəkidə mübarizə aparması mümkündür. Hər şeyə tezliklə aydınlıq gələcək”.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0