Sabiq dünya çempionu zorlamada ittiham olunur
02.04.2011 - 15:38
Sabiq dünya çempionu Herbi Hayd zorlamada günahlandırılır. Apasport.az saytının məlumatına görə, boksçu cinayəti ötən il noyabrın 1-7-si tarixində törətməkdə ittiham olunur.
Onu İngiltərənin Norviç şəhərinin məhkəməsi təqsirli bilib. 39 yaşlı idmançı özünü günahkar saymasa da, aprelin 15-ə təyin edilən növbəti məhkəmə iclasına qədər həbsdə saxlanılacaq.
Qeyd edək ki, Hayd WBO versiyası üzrə super ağır çəkidə 2 dəfə dünyanın ən güclüsü adını qazanıb. 1997-ci ildən 1999-cu ilə kimi titulunu da 2 dəfə müdafiə edən boksçu həmin ilin iyununda Vitali Kliçkoya nokautla məğlub olaraq, çempionluğu ona təhvil verib.

- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0