Valentin Xristov da bizim oldu
05.04.2011 - 11:36
Valentin Xristov da bizim oldu
Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının heyətinə daha bir legioner cəlb edilib. Bu barədə apasport.az saytına Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov məlumat verib. Onun sözlərinə görə, bolqarıstanlı Valentin Xristovun (56 kq) milli komandamızda iştirakı üçün bütün sənədləri qaydasına salınıb.

Artıq 17 yaşlı idmançının adı aprelin 11-18-də Kazanda keçiriləcək Avropa çempionatına qatılacaq yığmamızın heyətinə də salınıb. O, ölkəmizə şəxsi məşqçisi Zlatan Vanevlə birgə gəlib və bu mütəxəssis də karyerasını Bakıda davam etdirəcək.

Xristovun milliləşdirilməsindən sonra Azərbaycan yığmasında yer alan bolqarların sayı 6-ya çatıb. Ondan öncə Veleçko Çolakov, İvan Stoitsov, Rumyana Petkova, Silviya Angelova və Flamena Lyubenovanın da keçidi həll edilmişdi.

Xatırladaq ki, milli komandalarımızın “sükanı arxasında” da bolqarıstanlı məşqçilər durur. Kişilərdən ibarət yığmamızı Yanko Rusev, qadın komandamızı isə İvan Xristov çalışdırır.

Tahir HÜMMƏTOV