İdmançılarımız Dünya Oyunlarına 2 medalla başladı
06.04.2011 - 12:20
Türkiyənin Antalya şəhərində start götürən paralimpiyaçılar arasında Dünya Oyunları davam edir. Apasport.az saytının məlumatına görə, yarışda geniş tərkiblə iştirak edən Azərbaycan yığmasının 2 atleti fəxri kürsüdə yer alıb.
Belə ki, üç təkanla uzunluğa tullanma növündə mübarizə aparan Vladimir Zayets 14,96 m nəticə ilə qızıl medala yiyələnib. Onun komanda yoldaşı Oleq Pantyutin isə 0,51 m az tullanıb ki, bu da gümüş medal qazanmasına səbəb olub. 100 metr məsafəyə qaçışda Elçin Muradov 11,47 saniyə nəticə ilə finişə 5 ci çatdı.
Qeyd edək ki, atletikanın digər növlərində daha 2 idmançımız növbəti mərhələyə yüksəliblər. 400 metr qaçışda Rza Osmanov yarımfinalda, 800 metr qaçışda Orxan Ramazanov isə finalda iştirak edəcəklər.
Bu gün cüdoçularımız Ramin İbrahimov, Nurlan İbrahimov (hər ikisi 60 kq), İlkin Alışov və Bayram Mustafayev (hər ikisi 66 kq) də mübarizəyə qoşulacaqlar.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0