İlham Zəkiyev finalda uduzdu
08.04.2011 - 11:15
Türkiyənin Antalya şəhərində paralimpiyaçılar arasında keçirilən Dünya Oyunlarında Azərbaycan yığması aktivinə daha 2 medal yazdırıb. Apasport.az saytının məlumatına görə, yarışın ilk 3 günündə 7 dəfə fəxri kürsüdə yer alan idmançılarımızın sırasına 2 cüdoçumuz da qoşulub.
Belə ki, 90 kq çəki dərəcəsində qüvvəsini sınayan Tofiq Məmmədov bütün döyüşlərini qələbə ilə başa vuraraq, çempion adını qazanıb. Ondan fərqli olaraq, ikiqat paralimpiya çempionumuz İlham Zəkiyev (+100) finalda yaponiyalı rəqibinə uduzub və gümüş medalla kifayətlənib.
Beləliklə, Dünya Oyunlarının arxada qalan 4 günündə milli komandamız 4 qızıl, 3 gümüş və 2 bürünc medala sahib olub.
Qeyd edək ki, bu gün Rza Osmanov 200 metr məsafəyə qaçışda final mərhələsində qüvvəsini sınayacaq.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0