Yevgeni Kotov: Bu hadisə mən milliyə gələnə qədər olub - MÜSAHİBƏ
11.04.2011 - 11:34
Boks üzrə kişilərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Yevgeni Kotovun apasport.az saytına müsahibəsi
- London Olimpiadasının başlanmasına təxminən il yarım vaxt qalıb. Az sonra boks növündə də lisenziya yarışlarına start veriləcək. Milli komandanın bu yarışlara hazırlığı necə gedir?
- Hazırda boksçular fərdi planda hazırlıqlarını davam etdirirlər. Mayda Azərbaycanın ən güclü boksçularının iştirakı ilə ölkə kuboku keçiriləcək. Bundan sonra Avropa çempionatına hazırlıq planı tərtib olunacaq və milli komandanın harada təlim-məşq toplanışları keçirəcəyi müəyyənləşəcək. Biz hazırlığı Rusiya yığması ilə birgə təşkil edəcəyik. Çexovda keçəcəyimiz məşqlərdə yoxlama döyüşləri keçirmək üçün güclü rəqiblərimiz olacaq. Bu görüşlər boksçularımızın təcrübə toplaması baxımından böyük əhəmiyyət kəsb edəcək.
- Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov bütün çəkilərdə lisenziya qazanacağımızı bildirib. Yəni, qarşıda sizi ciddi sınaq gözləyir...
- Biz federasiya rəhbərliyinin qarşıya qoyduğu məqsəd və vəzifələri yaxşı başa düşürük. Təbii ki, bunu həyata keçirməyə çalışırıq. Cənab Kəmaləddin Heydərovun bildirdiyi kimi, bütün çəkilərdə - 10 lisenziya qazanmağı planlaşdırırıq. Az öncə başa çatan “İpək yolu” beynəlxalq turnirində 3 qızıl medala sahib olduq. Komandamızla yanaşı, Rusiya və Qazaxıstan yığmaları da eyni sayda qızıl qazandılar. Bu ölkələrin isə boks dünyasında kifayət qədər çəkisi var. Yəni, biz onlarla bərabər səviyyədə mübarizə apardıq. Hətta bəzi gənc boksçularımız Rusiyadan olan titullu rəqiblərini üstələdilər. Emil Əhmədov (69 kq) və Ramil Əliyev (81 kq) bu mənada xüsusilə fərqləndilər.
- Azərbaycan millisindən qovulan titullu boksçular – Samir Məmmədov və Elçin Əlizadə barədə nə deyə bilərsiniz? Onları sizdən öncə yığmada çalışan kubalı məşqçilər Xesus Yu Polier və Lazaro Ximenes Martines intizamsızlıq etdikləri üçün heyətdən kənarlaşdırmışdı. Bu boksçuları yenidən komandaya qaytarmağı planlaşdırmırsınız?
- Bu hadisə mən milliyə gələnə qədər olub. Amma onlar özlərini yenidən sübut etməlidirlər ki, yığmaya dəvət edim.
- WSB liqasında iştirak edən “Baku Fires”in heyətində 2 idmançımız - Soltan Migitinov (73 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) 2012-ci ildə keçiriləcək London Olimpiadasına vəsiqə uğrunda mübarizə aparacaq. Bunlar lisenziya qazanacaqları halda, əsas komandamız 10, yoxsa 8 vəsiqə uğrunda yarışacaq?
- 8. Qaydalar buna yol verir. Əgər Migitinov və Məcidov lisenziyaya sahib olarlarsa, biz daha 8 vəsiqə qazanmalıyıq. Çünki “Baku Fires”in heyətində çıxış edən bu boksçular Azərbaycan vətəndaşlarıdır. Onların milli komandada iştirakına heç bir problem yoxdur.
- Azərbaycan boksçuları həmişə texniki cəhətdən güclü olsalar da, fiziki hazırlıqda çətinlik çəkiblər. Hazırda bu problem yoluna qoyulubmu?
- Bu indi də belədir. Bunu baş məşqçi kimi yaxşı başa düşürəm. Milli komandanın Bolqarıstanda “Strandja” turnirində bu problemi özünü bir daha göstərdi. 60 kq çəki dərəcəsində mübarizə aparan Elvin İsayev fiziki cəhətdən axsadığı üçün orada huşunu itirmişdi. Biz çatışmazlığı aradan qaldırmaq üçün dəniz səviyyəsindən yüksəkdə - dağlıq ərazisində hazırlıqlar keçəcəyik. Artıq bu məqsədlə komandamıza Aleksandr Staravoytovu da məşqçi kimi dəvət etmişik. O, yığmada problemi yoluna qoymağa çalışacaq. Düzdür, Aleksandr hazırda “Baku Fires”də işləyir. Amma mayda WSB liqası başa çatacaq və o, dərhal bizə qoşulacaq.
- Yeri gəlmişkən, siz Azərbaycan yığmasına baş məşqçi təyin olunduqdan sonra məğlubedilməz olan “Baku Fires”in bu seriyası qırıldı...
- Məndən sonra bu komandaya yeni baş məşqçi gəldi. Belə olan halda, dəyişikliklər təbiidir. 2 məğlubiyyət oldu. Hələlik vaxt olduğu üçün “Baku Fires”ə yenə köməklik edirəm.
- Qadınlardan ibarət yeni yığma yaradılıb. Onların lisenziya qazanmaq şansını necə qiymətləndirirsiniz?
- Artıq yığmada güclü qadın boksçular cəmləşiblər. Onlar təlim-məşq toplanışlarına qatılır və beynəlxalq turnirlərdə qüvvələrini sınayırlar. Yığmada boksçular var ki, biz onlardan uğurlu nəticələr gözləyirik.
- Bəs Bakıda keçiriləcək dünya çempionatı üçün heyəti nə vaxt müəyyənləşdirəcəksiniz?
- Hələ vaxt var. Sentyabrda dünya çempionatı ərəfəsində hər şey dəqiqləşəcək və ən güclülər komandada yer alacaqlar.
Tahir HÜMMƏTOV

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0