İdmançımızın Avropa qızılından məhrum edilməsinin təfərrüatları
12.04.2011 - 09:48
Ağır atletika üzrə Azərbaycan yığmasının üzvü, milliləşdirilən bolqarıstanlı Valentin Xristovun Avropa çempionatında nəticəsinin ləğv olunmasının səbəbi açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu xoşagəlməz hal Bolqarıstan Ağır Atletika Federasiyasının sabiq prezidenti Anton Kodjabaşevin məsələyə müdaxiləsindən sonra baş verib.
Belə ki, Kodjabaşev yarışın keçirildiyi Rusiyanın Kazan şəhərinə şəxsən məktub göndərib və Xristovun Azərbaycan yığmasında iştirak etməsinə icazə verilmədiyini bildirib. O, həmçinin Beynəlxalq Ağır Atletika Federasiyasının rəhbəri Tomaş Ayanla telefonla danışaraq, Valentinin Bolqarıstandan başqa heç bir ölkə adından çıxış etməsinə icazəsi olmadığını deyib.
Lakin bolqar həmkarlarımız bir faktı vurğulayıblar ki, Kodjabaşevin lisenziyası əlindən alınıb və artıq federasiyada heç bir vəzifə daşımır. Bir müddət öncə Ali Məhkəmənin qərarı ilə üzvlükdən belə məhrum olub.
Bolqarıstan KİV-i Azərbaycan Ağır Atletika Federasiyasının Avropa və Beynəlxalq Ağır Atletika Federasiyalarının rəhbərləri ilə dərhal görüş tələb etdiklərini də önə çəkiblər. Görüş zamanı izah edilib ki, Bolqarıstanda faktiki olaraq Kodjabaşev hüququ tərəfdən heç bir səlahiyyət daşımır və aprelin 6-də Xristov Azərbaycan pasportunu alıb. Bu görüşdə həmçinin Valentinin şəxsi məşqçisi Zlatan Vanev də iştirak edib.
Qeyd edək ki, 56 kq çəki dərəcəsində podiuma çıxan legionerimiz 262 kq (115 kq + 147 kq) çəkini ram etmişdi. Bu isə onun Avropa çempionluğu ilə nəticələnəcəkdi. Təəssüf ki, Kodjabaşev məsələyə müdaxiləsi onun nəticəsinin və qırdığı rekordun ləğv edilməsinə səbəb olub.
Qitə çempionu adını isə makedoniyalı Oleq Sirgi bayram edib. O, Xristovla eyni çəkini qaldırsa da, öz çəkisinin həmyerlimizdən 480 qram çox olması səbəbindən gümüşlə kifayətlənəcəkdi.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0