Milli komandamızda maaş qalmaqalı
19.04.2011 - 10:33
Milli komandamızın daha bir legioneri heyətinə qatmaq cəhdi baş tutmayıb. Apasport.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, Azərbaycan Ağır Atletika Federasiyası olimpiya çempionu Milen Dobrevlə danışıqları müsbət yekunlaşdıra bilməyib.
Belə ki, 94 kq çəki dərəcəsində 2004-cü ildə dünya çempionu, Afina-2004-ün qalibi olan 31 yaşlı idmançının millimizə qoşulması son anda alınmayıb. Buna səbəb isə Dobrevin Azərbaycana gəlməsindən imtina etməsi olub.
Bolqarıstan mətbuatında yer alan digər məlumatda isə yığmamızda yer alan 3 həmyerlilərinin geri dönəcəyi bildirilir. Həmkarlarımızın yazdıqlarına görə, mayın 5-də vətənlərinə qayıdacaq Veliçko Çolakov, İvan Stoiçov və Rumyana Petkova çox güman ki, Azərbaycana bir daha dönməyəcəklər.
İdmançıları bu addımı atmağa onlara vəd edilən maaşın tam verilməməyidir. Belə ki, ağırlıqqaldıranlara ayda 700 avro söz verilsə də, 500 avro maaş alırlar.
Məsələyə aydınlıq gətirən Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov isə apasport.az saytına açıqlamasında bildirib ki, bolqarıstanlı legionerlərə vəd edilən maaş ödənilib. Onun sözlərinə görə, milli komandamızın üzvlərinin aldıqları pulun azalmasına, avronun məzənnəsinin qalxmasıdır: “Yığmamızda yer alan bolqarıstanlı atletlərin belə addım atmasını düzgün hesab etmirik. Çünki biz onlara maaşı manatla veririk. Hərəsi 700 manat pul alırlar. Hazırda isə avronun məzənnəsi qalxıb. Amma idmançılar maaşlarını avronun yeni məzənnəsi ilə almaq istəyirlər. Bu isə qeyri-mümkündür. Çünki Azərbaycanda yalnız manat işləyir. Əgər sabah avro 80 qəpiyə düşərsə, ağırlıqqaldıranlar artıq pulu qaytaracaqlarmı? Əlbəttə ki, yox. Bunun üçün onlarla bir daha söhbət edəcəyik”.
Əsgərov Olimpiya çempionu Milen Dobrevin yığmamızdan imtina etməsinə də münasibət bildirib: “Bilirsiniz, hazırda bu ölkədə normal federasiya yoxdur. Bunun üçün onlar qaçmağa üz tuturlar. Xüsusilə, Azərbaycan yığmasında çıxış etmək istəyirlər. Bakıya gəlmək istəyən idmançıların sayı çoxdur. Dobrevin məsələsinə gəlincə, belə məsələ olmayıb. Bəlkə də əvvəlcə bu fikrə düşüb və sonra fikrindən yayınıb”.
Qeyd edək ki, qadınlardan və kişilərdən ibarət Azərbaycan yığmalarını bolqarıstanlı mütəxəssislər çalışdırır və milli komandamızın heyətinə də öz ölkələrindən 6 əcnəbi dəvət ediblər.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0