“Azərbaycanla oyunların strategiyası üzərində indidən çalışırıq”
20.04.2011 - 08:47
“Qarşımıza seçmə mərhələnin qrupunda 5-ci yeri tutmaq vəzifəsi qoyulub. Bu da mənim 2011-ci ildəki uğurumun kriteriyası olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstan milli komandasının baş məşqçisi Miroslav Beranek deyib.
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan orta asiyalıların çex çalışdırıcısı millimizi arxada qoymaq arzusunu açıqlayıb: “Yalnız bundan sonra müqaviləmin artırılması haqda danışa bilərik. Azərbaycan millisi ilə oyunlar strategiyası üzərində indidən çalışırıq. Onlar ciddi rəqib, bu seçmə mərhələdə Türkiyəni məğlub etmiş komandadır. Lakin biz daha yaxşı olmaq üçün maksimum qüvvə sərf edəcəyik”.
Qeyd edək ki, Azərbaycan və Qazaxıstan yığmaları aarsında ilk oyun iyunun 3-də Astanada keçiriləcək.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0