Nursultan Nazarbayevin nəvəsi Azərbaycanda oynaya bilər
20.04.2011 - 09:40
Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin futbolçu nəvəsi Aysultan Azərbaycan milli komandası ilə rəsmi oyunlara çağırıla bilər. Apasport.az saytının məlumatına görə, Qazaxıstan yığmasının baş məşqçisi Miroslav Beranek Astananın “Lokomotiv” klubunun əvəzedici komandasının gənc oyunçusunu dəvət etməsinin mümkünlüyünü bildirib.
Çexiyalı mütəxəssis Nazarbayevin əvəzedicilərin çempionatında çıxış etdiyini bilərək, buna pis baxmır. Beranekin sözlərinə görə, əgər Aysultan öz oyunu ilə yığmaya layiqdirsə, əlbəttə, onu milli komandaya çağıracaq.
Prezidentinin nəvəsinin “Lokomotiv”ə keçməsi xəbəri hələ martın əvvəlində çıxıb. Hücumda oynayan Aysultan 25 nömrəli futbolçu kimi “Lokomotiv”in əvəzedici komandasına sifariş olunaraq, əvəzedicilərin turnirində və kubokda çıxış edir. Ancaq klubdan bildiriblər ki, hər bir futbolçu əsas heyətdə oynamaq hüququna malikdir. Bu, əsas komandanın almaniyalı baş məşqçisi Xolqer Faxdan dəvət alması halında mümkündür.
Qeyd edək ki, Qazaxıstan Avro-2012-nin seçmə mərhələsində millimizlə ev oyunu iyunun 3-də evdə, sentyabrın 6-da səfərdə keçirəcək.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0