“Tixonov “Spartak”da debüt edəndə, Mahmudov oturmağı öyrənirdi”
20.04.2011 - 10:06
Tanınmış rusiyalı futbolçu Andrey Tixonov bu gün Moskva “Spartak”ının tarixinə düşəcək. Apasport.az saytının məlumatına görə, xeyli müddətdir yaşıl meydanda kənarda qalan 41 yaşlı Tixonov məşqçisi olduğu paytaxt təmsilçisinin heyətində meydana çıxacaq.
Həmin tarixi hadisə bu gün Rusiya kubokunun 1/4 final mərhələsində “Krasnodar”la görüşdə reallaşacaq. Bununla, “Spartak”ın tarixində ən yaşlı futbolçu olan Andrey daha çox adət etdiyi sol cinah yarımmüdafiəçisi mövqeyində oynayacaq.
Tixonov sonuncu dəfə “Spartak”ın heyətində 2000-ci il sentyabrın 20-də Madridin “Real” klubu ilə Çempionlar Liqasında “Santyaqo Bernabeu” stadionundakı oyunda meydana çıxıb. Onun bu komandanın heyətində ilk matçını keçirdiyi vaxtdan isə 19 il ötür. Bu, 1992-ci ildə ilk Rusiya çempionatında olub.
Rus həmkarlarımız “Spartak”ın hazırkı futbolçularının həmin vaxt nə işlə məşğul olması ilə bağlı araşdırma aparıb. Siyahıya düşənlər arasında ötən qış “Saturn”un dağılmasından sonra komandaya keçən azərbaycanlı futbolçu Emin Mahmudov da var.
Özü də 19 yaşlı həmyerlimiz Tixonov “Spartak”da debüt edən ildə dünyaya gəlib: “Emin onda 6 aylıq olub. O, valideynlərinin köməyi ilə uşaq çarpayısında oturmağı öyrənirdi. Həmin vaxt Emin Azərbaycanın Krasnoselsk kəndində yaşayırdı”.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0