Kərimov qızılı, Qasımova bürüncü əldən verdi - YENİLƏNİB
21.04.2011 - 19:39
Bu gün İstanbulda cüdo üzrə Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xarakterli yarışın ilk günündə Azərbaycan milli komandasının 5 idmançısı tatamiyə çıxıb.
Cüdoçularımızdan yalnız Tərlan Kərimov (66 kq) mükafatçılar sırasında yer almağı bacarıb. O, çempionatın gümüş medalına yiyələnib. Ondan fərqli, Kifayət Qasımova (57 kq) isə bürüncün 1 addımlığında məğlub olub.
Kişilər
60 kq
4 illik həsrətdən sonra Avropa çempionatında mübarizəyə qoşulan Nicat Şıxəlizadə ilk görüşündə kifayət qədər güclü olan Beslan Mudranovla (Rusiya) qarşılaşıb. Həmyerlimiz boşa verdiyi bu illərin heyfini rusiyalı rəqibindən çıxıb. Təcrübəli rəqibi Şıxəlizadənin qarşısında cəmi 71 saniyə tab gətirə bilib. Nəticədə Mudranova ipponla qalib gələn təmsilçimiz növbəti mərhələyə yüksəlib. Bu dəfə onun rəqibi Tobias Englmayer (Almaniya) olub. Təəssüf ki, Nicat ilk görüşdən fərqli, bu dəfə uduzub. O, görüşün başa çatmasına 1 saniyə qalmış ippon fəndində “ilişib”. Buna kimi isə cüdoçumuzun yuka fəndini rəqib vazari ilə cavablandırmışdı.
Bu çəkidə İlqar Müşkiyev də yarışa qələbə ilə başlayıb. O, Eşli Makkenzini (Böyük Britaniya) tatamiyə çıxmağa peşman edib. Rəqibinə vazari fəndi ilə qalib gələn Müşkiyevi növbəti mərhələdə holland Jeron Merenlə yarışıb. Bu rəqib də onun üçün keçilməz olmayıb. Təəssüf ki, 1 dəqiqə 30 saniyəyə Merenə ipponla qalib gələn Müşkiyev 1/8 finalda gürcüstanlı Betkil Şukvaniyə eyni fəndlə uduzub. Nəticədə həmyerlimiz təsəlliverici görüşlərdə iştirak edib.
Lakin bu görüşdə də məğlubiyyətdən yaxa qurtara bilməyib. Bürünc medala gedən yolda Elio Verde (İtaliya) İlqara ipponla qalib gəlib. Nəticə Müşkiyev yarışı 7-ci yerdə başa vurub.
66 kq
İlk döyüşdən azad olan Samir Dadaşzadə II mərhələdə rumıniyalı Laslo Joke ilə qarşılaşıb. Təəssüf ki, idmançımız özündən öncə tatamiyə çıxan komanda yoldaşlarının uğurunu davam etdirə bilməyib. Cüdoçumuzun Avropa çempionatı ilə erkən vidalaşmasına isə rəqibinin yuka fəndi səbəb olub.
Tərlan Kərimov da mübarizəyə ikinci mərhələdən başlayıb. Lakin Dadaşzadədən fərqli, debütdə məğlubiyyət acısı yaşamayıb. Fransalı David Larosı sınağa çəkən həmyerlimiz rəqibə yerini göstərib. Yuka fəndi ilə mərhələ adlayan Kərimov ikinci görüşündə Şalva Kardava (Gürcüstan) ilə üz-üzə gəlib. Həmyerlimiz qonşu ölkənin idmançısını məğlub etməkdə çətinlik çəkməyib və 1/4 finala vəsiqə qazanıb. O, bu mərhələdə Rusiya cüdoçusu Musa Moquşkovun gücünü yoxlayıb.
Görüşün gedişində 1 yuka fəndi ilə geridə olan Tərlan sona 9 saniyə qalmış ippon fəndi işlədib ki, bu da onun yarımfinala yüksəlməsi ilə nəticələnib. 1/2 finalda isə təmsilçimiz Kolin Oateslə (Böyük Britaniya) mübarizə aparıb. Əvvəlki 3 görüşdən 2-də ipponla qalib gələn rəqib bu dəfə Tərlanın eyni fəndi qarşısında aciz qalıb. Nəticədə 3 dəqiqə 58 saniyənin yekununda finala yüksələn həmyerlimiz Avropa çempionu adı uğrunda Miklos Unqvari (Macarstan) ilə qarşılaşıb.Bu mərhələyə kimi uğurla irəliləyən Kərimov həlledici döyüşdən məğlub ayrılıb. Lakin buna baxmayaraq, təmsilçimiz gümüş medaldan əlavə, 108 lisenziya xalına sahib olub.
Qadınlar
57 kq
Qadınlardan ibarət Azərbaycan yığmasının lideri Kifayət Qasımova püşkün nəticəsinə əsasən, öncə rumıniyalı Andrea Stefaniya Çitu ilə qarşılaşıb. Döyüşə fəal başlayan cüdoçumuz rəqibinə heç bir aman verməyib. 4 dəqiqə 29 saniyəyə rumıniyalı xanıma qarşı 1 vazari və 2 yuko fəndi ilə işlədən həmyerlimiz növbəti mərhələyə yüksəlib.
Onun bu görüşdə rəqibi Hedviq Karakas (Macarıstan) olub. Qasımova Macarıstan təmsilçisinə də qalib gəlməkdə çətinlik çəkməyib. O, yuka fəndi ilə Karakası məğlub edərək, növbəti mərhələyə yüksəlib.
Bu mərhələdə idmançımız Automne Pavia (Fransa) güləşib. Qasımovanın yarımfinala gedən yolunda fransalı cüdoçu da maneə ola bilməyib. Həmyerlimiz Paviaya qalib gəlməklə, 1/2 finala vəsiqə qazanıb.2 illik fasilədən sonra Avropa çempionatına qatılan Kifayəti yarımfinalda ciddi sınaq gözləyib. O, 3 dəfə qitə çempionatının qızıl və 2 dəfə bürünc mükafatçısı portuqaliyalı Telma Monteyro ilə qarşılaşıb. Təəssüf ki, 2009-cu ilin dünya çempionatının yarımfinalında olduğu kimi bu dəfə də o titullu rəqibi ilə bacara bilməyib. Nəticədə Kifayət qızıl medaldan əlini üzüb. Bunun ardınca III yer uğrunda yarışda rusiyalı İrina Zabludina ilə qüvvəsini sınayan həmyerlimiz növbəti uğursuzla üzləşib. O, 3 dəqiqə 34 saniyəyə ippona düşüb və Avropa çempionatını 5-ci yerdə başa vurub.
Qeyd edək ki, 3 gün davam edəcək çempionatda 14 idmançımız qüvvəsini sınayacaq. Yarışın qalibi aktivinə 180, gümüş mükafatçısı 108 və üçüncüsü isə 72 lisenziya xalı əlavə edəcək.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0