Bundestim Bakıya gəlməmiş seçim etdi
21.04.2011 - 16:08
Avro-2012-nin seçmə mərhələsində Azərbaycanla birlikdə A qrupunda yer alan Almaniya yığması artıq yarışın final mərhələsini düşünür. Apasport.az saytının məlumatına görə, Bundestim Polşa və Ukraynada keçiriləcək turnir zamanı hansı şəhərdə məskunlaşacağı ilə bağlı seçimini indidən edib.
Qdansk şəhərində qalacaqlarını təsdiqləyən baş məşqçi Yoahim Löv seçimi əsaslandırıb: “Burada hava yaxşıdır. Baltik dənizin lap yaxınlığındayıq. Ağlımızı təmizləyə bilərik. Ən əsası isə burada uzun müddət qalacağıq”.
Qeyd edək ki, 5 oyunda sonra 15 xal yığan almaniyalılar iyunun 3-də Vyanada Avstriya, 4 gün sonra Bakıda Azərbaycan yığmasının qonağı olacaq.

- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0