Qasımovanın seriyası qırıldı
22.04.2011 - 10:23
Qasımovanın seriyası qırıldı
Azərbaycan yığmasının cüdoçusu Kifayət Qasımovanın Avropa çempionatında uğurlu seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, xanım idmançımız İstanbulda start götürən qitənin ən mötəbər yarışında 5-ci olmaqla, ilk dəfə bu turniri medalsız başa vurub.

O, son 6 il ərzində iştirak etdiyi Avropa çempionatlarında 4 dəfə fəxri kürsüdə yer alıb. Belə ki, Kifayət 2009 və 2010-cu illərdə zədə səbəbindən qitə birinciliyinə qatılmasa da, 2006-cı ildə Finlandiyanın Tampere şəhərində gümüş, 2007-ci ildə Serbiyanın paytaxtı Belqradda və 1 il sonra Portuqaliyanın paytaxtı Lissabonda bürünc medala sahib olmuşdu.

Qeyd edək ki, yığmamızın lideri III yer uğrunda yarışda rusiyalı İrina Zabludina uduzub.