Azərbaycanlı idmançı mətbuat konfransında hücuma məruz qaldı
19.05.2011 - 15:29
Azərbaycan idmançısı Pərviz Abdullayev Rusiyada xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “Wako Pro” versiyası üzrə kəmər uğurunda keçiriləcək döyüşdən öncə baş tutan mətbuat konfransında həmyerlimizlə rusiyalı rəqibi Vitali Soroka arasında qalmaqal yaşanıb.
Bu, Sorokanın istəyi ilə olub. Belə ki, rəqib döyüşün mətbuat konfransından öncə başlayacağını bildirib. Məhz bunun üçün də KİV nümayəndələri qarşısında davaya cəhd edib. Abdullayev də onun qarşısında aciz qalmayıb. Lakin təşkilatçıların işə qarışması ilə ara sakitləşib.
Kikbokçumuz deyib ki, Rusiyaya yalnız qələbə üçün gəlib: “Mən Azərbaycandan buraya yalnız qələbə üçün gəlmişəm. Azərbaycan üçün qalib gələcəyəm”.
Qeyd edək ki, Abdullayev və Soroka arasında döyüş mayın 20-də Rostovda olacaq.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0