Qazaxıstan – Azərbaycan oyununa biletlərin qiyməti gizli saxlanılır
20.05.2011 - 08:45
Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Qazaxıstan yığması ilə səfər oyununun biletlərinin satışa çıxarılacağı vaxt açıqlanıb. Apasport.az saytının məlumatına görə, futbolsevərlər iyunun 3-də Astanada keçiriləcək görüşə biletləri mayın 24-dən ala biləcəklər və bu, iyunun 2-ə kimi davam edəcək. Ancaq matçın keçiriləcəyi “Astana-Arena”da biletlər mayın 27-dən satışa çıxarılacaq və oyun gününə kimi olacaq. Satış həmin günlər yerli vaxtla saat 12:00-20:00 arasında həyata keçiriləcək. Maraqlıdır ki, satış yerləri dəqiqliyi ilə açıqlansa da, biletlərin qiymətləri göstərilməyib.
Qeyd edək ki, Qazaxıstan – Azərbaycan oyunu saat 19:00-da (Bakı vaxtilə 18:00-da) başlayacaq.
Qeyd edək ki, Qazaxıstan – Azərbaycan oyunu saat 19:00-da (Bakı vaxtilə 18:00-da) başlayacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0