Almaniya çempionunun rekordçusunun Bakıda oynamasında problem yaranıb
21.05.2011 - 10:08
Almaniya milli komandasının Bakıya səfər öncəsi heyətlə bağlı problemləri artmaqdadır. Apasport.az saytının məlumatına görə, Bundestimin baş məşqçisi Yoahim Löv Azərbaycan milli komandası ilə Avro-2012-nin seçmə mərhələsində rəsmi oyunda “Bavariya”nın yarımmüdafiəçisi Bastian Şvaynştaygerin ardınca Dortmund “Borussiya”sının müdafiəçisi Marsel Şmeltseri itirmək təhlükəsi ilə üzləşib. Bastianın sağ ayağındakı barmağı qırıldığına görə növbəti 3 oyunda – mayın 29-da Uruqvayla yoldaşlıq görüşündə, iyunun 3-də Avstriya, 7-də milli komandamızla səfər matçında iştirak etməyəcəyi bir qədər əvvəl məlum olmuşdu. Sol cinah müdafiəçisi mövqeyində oynayan Şmeltser isə ombasındakı əzələnin dartmasını hələ 5-6 gün müalicə etdirəcək. O, Uruqvayla görüşə qədər sıraya dönəcəyinə ümid edir.
Qeyd edək ki, Marsel hələ ötən ilin avqustunda “Borussiya”nın heyətində “Qarabağ”la Avroliqanın son təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda oynayıb. O, komandasının çempion olduğu son mövsümdə bütün görüşlərdə meydana çıxan yeganə futbolçu olmaqla, rekordçudur.

- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- Yevlax Olimpiya İdman Kompleksinə media-tur təşkil olunub
0
0