“Borussiya”nın baş məşqçisindən “Qarabağ”a qiymət
21.05.2011 - 10:37
Dortdmundun “Borussiya” klubunun baş məşqçisi Yurgen Klopp Avropanın diqqət mərkəzindədir. Apasport.az saytının məlumatına görə, komandanı son mövsümdə Almaniya çempionu edən mütəxəssis açıqlamaları ilə də özünə diqqəti cəlb edir. Rusiyanın məşhur sports.ru saytı Kloppun fikirlərindən ibarət yazısında onun Azərbaycanla bağlı söylədiklərinə də yer verib: “Mənim pis xəbərim var. Azərbaycandan olan uşaqlar həqiqətən futbol oynaya bilirlər”.
Bu, “Borussiya”nın çalışdırıcısının hələ ötən yay Ağdamın “Qarabağ” klubu ilə oyunlar ərəfəsində dedikləridir. Həmin vaxt Avroliqada uğurla çıxış edən, məğlubiyyətsiz irəliləyən Qurban Qurbanovun çalışdırdığı komanda son təsnifat mərhələsində Dortmund təmsilçisinə rəqib oldu. Kloppun yetirmələri evdə 4:0, səfərdə 1:0 hesabı ilə qalib gəldi. Həmin vaxt Bundesliqada uğurlu start götürən “Borussiya” Avroliqada qrupdan çıxa bilməsə də, çempionluğu bir neçə tur qalmış rəsmiləşdirdi.

- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
0
0