Avropa Kubokunda 6 medal
23.05.2011 - 08:53
Ukraynanın paytaxtı Kiyevdə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa 26 idmançı ilə qatılan Azərbaycan milli komandasının qazancı 2 qızıl və 4 bürünc medal olub.
Yığmamızın üzvlərindən Mehman Sadıqov (55 kq) və Orxan Hacıağalı (66 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İlqar İsmayılov (60 kq), Dilqəm Əliyev (66 kq), Xanım Hüseynova (57 kq) və Hikmət Alışov (90 kq) isə bürünc medala seviniblər.
Yığmamız komanda hesabında 19 ölkə arasında 3-cü yeri tutub. İlk pillə Ukraynaya, ikinci yer isə Rusiya idmançılarına qismət olub.

- Natiq Fazilov: “Məqsədimiz MDB Oyunlarında ən azı iki medal qazanmaqdır”
- Anar Quliyev: “Kamandan oxatma üzrə yarışlar gələcəkdə rayonlarda da keçirilə bilər”
- Bakıda Kamandan Oxatma üzrə Ölkə Birinciliyinin final mərhələsi keçirilir - FOTO
- "Təhlükəsiz idman hamı üçün" mövzusunda keçirilən seminara yekun vurulub
- III MDB Oyunlarında Azərbaycanı 340 idmançı təmsil edəcək
0
0