Ramil Quliyevin rekord şoku - FOTO
23.05.2011 - 09:28
Türkiyə vətəndaşlığını qəbul edən azərbaycanlı atlet Ramil Quliyev ilk uğurunu qazanıb. Apasport.az saytının məlumatına görə, klublararası Türkiyə Super Liqasında “Fənərbaxça”nın heyətində qaçış zolağına çıxan həmyerlimiz 200 metr məsafəni 20,73 saniyəyə qət edərək, yeni rekord müəyyənləşdirib.
Lakin o, 13 illik Rəşat Oğuzun rekordunu qırsa da (21,04), Azərbaycan Atletika Federasiya ilə problem səbəbindən adını Türkiyə tarixinə yazdıra bilməyib. Belə ki, milli komandamızın sabiq üzvünün nəticəsi nəzərə alınmayıb və Quliyevin ardından finiş xəttinə 21,01 saniyəyə ikinci çatan İzzət Səfər yeni rekordçuya çevrilib.
Qeyd edək ki, Azərbaycan Atletika Federasiyasının rəsmi icazəsi olmadığı halda, Ramil 3 il yarışlara qatıla bilməz.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0