Bolqarlar Olimpiya çempionunu Bakıda axtarırlar
23.05.2011 - 13:04
Ağır atletika üzrə Azərbaycan yığmasına daha bir legioner cəlb edilə bilər. Apasport.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, perspektivli idmançılarından Boyanka Kostova ölkəni tərk edərək, Bakıya “qaçıb”.
Həmkarlarımız Sinqapurda keçirilən yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qalibinin Azərbaycana hansı məqsədlə yollanmasını dəqiqləşdirmək üçün onun şəxsi məşqçisi Laçezar Kişkilovla əlaqə saxlamağa cəhd etsələr də bu, baş tutmayıb. Telefona cavab verməyən mütəxəssisin 18 yaşlı Kostova ilə birlikdə paytaxtımızda olduğu və onun burada çalışacağı bildirilir.
Hazırda Bolqarıstan KİV-ini Ağır Atletika Federasiyasının prezidenti Nedelço Kolevin bu keçidə hansı reaksiya verəcəyi maraqlandırır. Onlar qurum rəhbərindən Azərbaycan kütləvi axının qarşısını almağı tələb edirlər.
Qeyd edək ki, Kostovanın da milliləşdirilməsi baş tutarsa, o yığmamızda çıxış edəcək 7-ci bolqarıstanlı atlet olacaq.

- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
0
0