“Biz nəinki Branimir Subaşiçi, heç kimi transfer etməmişik”
23.05.2011 - 18:38
“Biz nəinki Branimir Subaşiçi, heç kimi transfer etməmişik”
“Branimir Subaşiçi hələ transfer etməmişik. Biz konkret hansısa yeni futbolçu almamışıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib. Milli komandamızın sabiq futbolçusu Branimir Subaşiçin karyerasını “bankirlər”in heyətində davam etdirəcəyi gözlənilir. Ancaq Sxadadze mövsüm bitməmiş yeni futbolçu transfer etmədiklərini bildirib: “Komandamızın ətrafında çoxlu futbolçuların adı hallana bilər. Ancaq sizi əmin edirəm ki, bunlar hamısı ehtimallardır və hələ nəinki Subaşiçi, heç kimi almamışıq. Biz hazırda bütün diqqətimizi final oyuna yönəltmişik. Komandadakı dəyişiklər final görüşündən sonra bilinəcək. Ötən mövsüm mən də daxil olmaqla, transfer çalışmalarında boşa verdik. Buna görə də növbəti mövsümdə transfer siyasətinə çox diqqətli yanaşacağıq”.

Mehman SÜLEYMANOV