“Çempionumuzun Azərbaycanı təmsil etməsi absurddur”
25.05.2011 - 12:43
“Biz son illər olan bütün keçidlərə baxacağıq. Hansısa sənəddə çatışmazlıq aşkarlanarsa, keçidlər ləğv olunacaq”. Apasport.az saytının məlumatına görə, bunu Bolqarıstan Ağır Atletika Federasiyasının prezidenti Nedelço Kolev deyib.
Yeni prezident seçilən Kolev sabiq həmkarı Anton Kodjabaşevin dövründə ölkəni tərk edən idmançıların keçidinə bir daha nəzər salacağını bildirib. O, xüsusilə bolqar atletlərin Azərbaycan yığmasına axınından narahatdır. Kolev bildirib ki, bu “transferlərin” qarşısını maksimum dərəcədə alacaq və perspektivli idmançıların harasa getməsinə imkan verməyəcək: “Boyanka Kostova Azərbaycandadır. Amma onların nə qədər pul verməsindən asılı olmayaraq, Olimpiya çempionumuzun Azərbaycanı təmsil etməsi absurddur. Mən federasiya prezidenti seçilmişəm ki, milli sərvətlərimizi qoruyaq”.
Qeyd edək ki, hazırda Azərbaycan milli komandasında 7 bolqar atlet çıxış edir.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0