Milli komandamızın Qazaxıstana qalib gələcəyinə daha çox səs veriblər
26.05.2011 - 11:14
Qazaxıstan milli komandasının Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığması ilə qarşıdakı rəsmi oyunda böyük hesablı qələbə qazanacağına inam çox azdır. Apasport.az saytının məlumatına görə, Qazaxıstan Futbol Federasiyasında iyunun 3-də Astanadakı görüşün hesabı ilə bağlı keçirilən səsvermənin ilkin nəticəsi belə deməyə əsas verir. Belə ki, cəmi 6 nəfər millimizə böyük hesabla qalib gələcəklərinə səs veriblər. 7 nəfər Qazaxıstanın 2 top fərqi ilə qələbə qazanacağını inamını ifadə edib.
Çox insan isə milli komandamızın minimal hesablı qələbəsinə səs veriblər. Bu günə olan səsvermənin nəticəsinə görə 1333 (sorğunun 87 faizi) nəfər belə rəy bildiriblər. Azərbaycanın böyük hesablı qələbəsinə 75, 2 top fərqli qələbəyə 72 nəfər səs verib. 10 nəfər isə oyunun bərabərliklə nəticələnəcəyini düşünür. Ümumilikdə bu günə səsvermədə 1542 nəfər iştirak edib.

- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
0
0