“Azərbaycan yığmasına qarşı oynayacağım hələ aydın deyil”
27.05.2011 - 09:49
Qazaxıstan millisi Avro-2012-nin seçmə mərhələsində Azərbaycanla oyun öncəsi növbəti problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, “Aktobe”nin gənc hücumçusu Sergey Lisenkov ötən tur “Kayrat”la görüşdə zədələnib.
Lisenkov millimizlə iyunun 3-də Astanadakı oyunda meydana çıxmaq istəsə də, onun həmin vaxta kimi heyətdə olacağı bilinmir: “Zədənin nə dərəcədə ciddi olduğunu hələ bilmirəm. Rentgen müayinəsini keçirmək lazımdır. Gəzirəm, ancaq axsayıram. Azərbaycanla yığmasına qarşı oynayacağım hələ aydın deyil. Yəqin ki, sabah hər şey məlum olacaq”.
Qeyd edək ki, rəqibimizin çexiyalı baş məşqçisi Miroslav Beranek qapıçı David Loriya və kapitan Andrey Karpoviçin xidmətindən zədə üzündən istifadə edə bilməyəcək.
Qazaxıstan yığmasının liderlərindən olan Nurbol Jumaskaliyev də millimizlə görüşə çağırılan heyətdən kənarda qalıb.

- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
0
0