Əli İsmayılov: Dmitri Kuçerlə döyüşüm dönüş nöqtəsi olmalıdır
30.05.2011 - 11:31
“Növbəti döyüşümə ciddi hazırlaşıram. Bu görüş reytinq baxımından önəmlidir”. Bu sözləri apasport.az saytının açıqlamasında peşəkar boksçumuz Əli İsmayılov deyib.
İyunun 11-də ukraynalı Dmitri Kuçerlə döyüşəcək İsmayılov bildirib ki, Kiyevdə baş tutacaq qarşılaşmada son 3 görüşündəki məğlubiyyətin əvəzini çıxmağı planlaşdırır: “Axırıncı görüşlərim nəsə alınmır. Lakin bu dəfə Kuçerlə duel dönüş nöqtəsi olmalıdır. Bu döyüş 8 raund olacaq və yalnız reytinqimi artırmağa xidmət edir. Bunun üçün rəqibimi məğlub etməliyəm. Fikrimcə, bunu bacaracağam və uğursuzluğa Kiyevdə son qoyacağam”.
İsmayılovun sözlərinə görə, bu döyüşdə qələbə qazanacağı halda, rusiyalı Denis Lebedevlə revanş qarşılaşması da baş tuta bilər: “Yenidən Lebedevlə görüşə bilərəm. Onun son döyüşünü izlədim. Burada zəif nöqtələri açıq-aydın görünürdü. Kuçerlə qarşılaşmada qalib gələcəyim halda, ola bilsin Denislə revanş döyüşüm baş tutsun”.
Qeyd edək ki, İsmayılov Lebedevə nokautla uduzmuşdu.

- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0