Berti Foqts: Bu, tək mənim yox, həm də klubların işidir
03.06.2011 - 19:25
Berti Foqts:  Bu, tək mənim yox, həm də klubların işidir
“Rəqib komandanı qələbə münasibətilə təbrik edirəm. Onlar bu gün qələbəyə layiq idilər”. Apasport.az saytının Astanaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis Avro-2012-nin seçmə mərhələsində Qazaxıstan yığması ilə bugünkü səfər oyununda məğlubiyyəti (1:2) görə daha çox öz komandasını günahlandırıb: “Rəqib 90 dəqiqə sürətli oynadı. Bizim isə 14 günlük hazırlıqdan sonra belə oyunu, nəticə məni təəssüfləndirdi. Onlar məşqdəki oyunu meydanda göstərə bilmirlər. Biz öz oyunumuzu nümayiş etdirmək istəsək də, alınmadı. Öz səhvlərimizdən öyrənməliyik. Bu, tək mənim yox, həm də klubların işidir. Futbolçuların fiziki hazırlığı üzərində çalışmalıyıq. Rəqib Avropadakı kimi sürətli futbol oynadı və bunun qarşısını ala bilmədik. Bu gün bəxt də Qazaxıstan yığmasının tərəfdarı idi”.

Foqts komandanı iyunun 7-də Almaniya yığması ilə ev oyununa motivasiya etmək istəyir: “Bu, çətin işin öhdəsindən gəlmək üçün əlimizdən gələni edəcəyəm. Futbolçularımız da məğlubiyyətə görə məyusdurlar. Avstriya ilə səfərdə oyundan sonra Türkiyəni da uda bildik. Ümid edirəm ki, bu, yenə məndə alınacaq. Aleksandr Çertoqanovun zədəsi vardı, həm də kubokdan sonra gec qayıtımışdı”.

Millimizin çalışdırıcı məğlubiyyətə görə hakimi günahlandırmadı: “Məğlubiyyətdən sonra kimisə günahlandırmaq ən asan iş olardı. Sözsüz ki, hakim səhvi vardı. Ancaq hakim fiti səsləndirmədiyindən, Rəşad Sadiqov sona kimi oynamalı idi. Mən futbolçularıma demişdim ki, şotlandiyalı hakim Britaniyadan olduğundan, hər qayda pozuntusuna görə fit səsləndirmir. Məğlubiyyətdə də komanda uduzur, udanda da komanda udur”.

Qapımıza hər 2 qolu vuran rəqib hücumçu Serget Qridini fərqləndirən Foqts hələ postundan getmək fikrində deyil: “Astandan Almaniyaya birbaşa hava reysinin olduğunu bilmirəm. Əgər siz bunu bilirsinizsə, bu haqda mənə deyin. Əgər mən indi Almaniyaya gedəcəyəmsə, komandanı 4 gün sonra oyuna necə hazırlaşdıra, motivasiya edə bilərəm?”

Mehman SÜLEYMANOV
Astana