Miroslav Beranek: Azərbaycan yığmasını hakim səhvi hesabına udmadıq
03.06.2011 - 19:43
Miroslav Beranek: Azərbaycan yığmasını hakim səhvi hesabına udmadıq
“Azərbaycan yığması FİFA-nın reytinqində komandamızdan yuxarıdadır. Ancaq biz buna baxmayaraq, ilk xalımızı qazanmaq istəyirdik. Buna layiqli oyunla qazandığımıza görə çox sevinirəm”. Apasport.az saytının Astanaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri Qazaxıstan yığmasının baş məşqçisi Miroslav Beranek Azərbaycanla oyununda sonra mətbuat konfransında deyib.

Millimiz üzərində qazanılan ilk qələbədən (2:1) sonra açıqlama verən çexiyalı mütəxəssis 2-ci qolda hakim səhvinin olmadığını deyib: “Deyə bilmərəm ki, hakim səhvi nəticəyə təsir göstərdi və bu gün qələbəni onun hesabına qazandıq. Futbolçularıma demişdim ki, britaniyalı hakim hər epizoda fit səsləndirmir. Bu, mübarizə idi və son qərarı hakim verir. Mən arzu edərdim ki, Qazaxıstandakı hakimlər də belə idarəçilik etsin, sərt mübarizəyə üstünlük versin. Mən hakimin yalnız bir səhvini gördüm. Onda da futbolçumuz Sergey Ospapenkonu yıxsalar da, hakimin futu susdu”.

Beranek apasport.az saytının əməkdaşının yığmamızda kimi qeyd edə bilməsi ilə bağlı sualını belə cavablandırıb: “Mən Azərbaycan yığmasında kimisə fırqləndirmək istəməzdim. Futbol komanda oyunudur. Meydanda 11 futbolçu oynayır və hamı komandasının uğuru üçün çalışır”.


Mehman SÜLEYMANOV, Astana