Millimiz rusları məğlub etdi
04.06.2011 - 21:44
Millimiz rusları məğlub etdi
Boks üzrə milli komandamızın ikinci heyəti İtaliyanın kurort şəhəri Stintinoda ilk görüşünü keçirib. Apasport.az saytının xəbərinə görə, yığmamız Rusiyanı təmsil edən Sankt-Peterburq şəhərinin dəri əlcək ustaları ilə qarşılaşıb.

AİBA-nın İcraçı direktoru Xo Kim və İtaliya Boks Federasıyasının prezidenti Franko Falçinellinin də izlədiyi döyüş 8 çəki dərəcəsi üzrə keçirilib. Komandamız Rusiya boksçularını 6:2 hesabı ilə məğlub edib. 64 kq çəki dərəcəsində mübarizə aparan İsmət Eynullayev Artyom Sofinə, 91+kq çəki dərəcəsində yer alan Asim İsgəndərov isə Anton Futnikova uduzub. Digər bütün görüşlərdə boksçularımızın inamlı qələbəsi qeydə alınıb. Xatırladaq ki, yarışın ilk günündə İtaliya komandası Rusiyanı 8:1 hesabı üstələmişdi. Millimiz növbəti görüşünü iyunun 4-də Bakı vaxtı ilə 23. 30-da İtaliyaya qarşı keçirəcək.

49 kq
Tural Əhmədov (Azərbaycan) 16:5 Orxan Tazanhani (Rusiya)
52 kq
Məhəmməd Abdulhəmidov (Azərbaycan) 7:1 Camal Badrutdinov (Rusiya)
60 kq
İmil İksanov (Azərbaycan) 13:12 Artyom Sofin (Rusiya)
64 kq
İsmət Eynullayev (Azərbaycan) 12:13 Artyom Sofin (Rusiya)
69 kq
Emil Məhərrəmov (Azərbaycan) 11:6 Maksim Zinovyev (Rusiya)
81 kq
Vətən Hüseynli (Azərbaycan) 17:9 Marat Musin (Rusiya)
91 kq
Abdulqadir Abdullayev (Azərbaycan) 22:13 Viktor Qorohov (Rusiya)
91+kq
Asim İsgəndərov (Azərbaycan) 6:21 Anton Funtikov (Rusiya)