Rəşad Sadıqov: Almaniya ilə oyunda bizi yalnız xal qane edəcək - MÜSAHİBƏ
05.06.2011 - 09:00
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun apasport.az saytının Astanaya ezam olunmuş əməkdaşına müsahibəsi
- Qazaxıstan yığmasına məğlubiyyətimizin əsas səbəbini nədə görürsünüz?
- Oyuna pis başladıq, ilk hissə elə də getdi. Fasiləyə kimi demək olar heç nə ilə yadda qalmadıq. Ancaq 2-ci hissədə buraxdığımız qoldan sonra elə bir ayıldıq. Daha aqressiv, istəkli oynamağa başladıq. Hesabı da bərabərləşdirdik, bundan sonra da qol imkanlarımız oldu. Ancaq vura bilmədik. Mən elə fikirləşirəm ki, 1:1-dən sonra bir az səbirli oynamalı idik. Daha müdafiədən oynayıb, rəqibi özümüzə tərəf çəkməli idik. Ancaq biz üzərlərinə atıldıq, 2-ci qolu vurmaq istədik. Ancaq elə oldu ki, mərkəzdə topu aldılar və əks-hücumda bizi yaxaladılar.
- Bu məğlubiyyətə görə əsas məsuliyyəti kim daşıyır?
- Məsuliyyəti hamımız daşıyırıq. Ən başda futbolçular daşıyır. Meydanda uduzan biz olduq. Bu, bizimlə səviyyədə bir rəqib idi. Fikrimcə, bu gün bir az təcrübəmiz çatmadı. Ümumi komanda şəklində bir az təcrübəli olsaydıq, burda rahatlıqla qələbəni qazana bilərdik.
- Oyundan bir gün öncə mətbuat konfransında karyeranızda ən vacib oyuna çıxacağınızı demişdiniz. Belə demək olar ki, karyeranızda ən acı məğlubiyyətini aldınız?
- Bəli. Bu, karyeramda ən acı məğlubiyyət idi. Millidə bu qədər oynamışam, mənə ən pis təsir edən məğlubiyyət bu oldu. Çünki qazaxlara uduzmamalı idik. Biz uduzmamaq istəyirdik, əlimizdən gələni etdik. Oyundan əvvəl də ciddi hazırlaşırdıq, deyirdik ki, bunlara uduzmayaq. Özümüzü oyuna belə hazırlamışdıq. Başqa rəqiblərə böyük hesabla uduzursan, deyirsən ki, onlar ustalıq səviyyəsi ilə seçilirlər, bizdən daha güclüdürlər. Ancaq bunlara qalib gəlməli idik, alınmadı.
- Artıq gələn 2-ci gün Almaniya yığması ilə ev oyununa çıxacaqsınız. Yəqin ki, belə nəticədən sonra azarkeşlər matça az gələcək, stadion dolmayacaq. Futbolçular pis vəziyyətdə alırlar. Azarkeşlərdə istər-istəməz yığmamızdan küskünlük yaranır. Onları qınayırsınız?
- Yox. Özümüzdən başqa heç kimi qınamıram. Bu gün sırf məğlub olan biz olduq. Uduzan meydançada futbolçular oldu. Hə, başqa rəqiblər olanda deyirəm ki, bizi qınamayın, onlar bizdən güclüdürlər. Qazaxıstanla isə elə rəqib idi ki, ona uduzmamalı idik.
- Yəni heç bir bəhanənin yeri yoxdur...
- Bəli. Heç bir bəhanə yoxdur.
- Hətta hakim səhvi belə? Rəqib 2-ci qolu vuran zamanı qayda pozuntusu olduğun görə hakimin üstünə gedərək, narazılığını bildirdiniz...
- Mən də elə fikirləşirəm ki, hakimin səhvi oldu. Təkrara baxmaq lazımdır. Heç kimin boynuna yıxmaq istəmirəm. Bu rəqibə qalib gəlməli idik, ancaq qazana bilmədik. Burada ən azından uduzmamalı idik. Ancaq bir az ağıllı oynasaydıq, bu gün qələbə qazanacaqdıq. Gəncliyin təcrübəsizliyi öz sözünü dedi. 1:1-dən sonra gənc futbolçularımız irəli atıldılar. Dedilər ki, hər, birini də vuraq. Rəqib də bizi əks-hücumda tutdu. Ancaq biz bir az təcrübəli oynasaydıq, hələ 15-20 dəqiqə vaxtımız vardı. Qazaxıstan yığması evdə oynadığından, onlara qələbə daha çox lazım idi. Onları əks-hücumlarda tutmaq olardı. Bunu eləmədik, irəli atıldıq və sonda elə oldu ki, qapımızda top gördük.
- Çıxış yolunu nədə görürsünüz?
- Hər bir futbolçu bu oyunu, bugünkü durumuzu, qrupumuzdakı vəziyyətimizi, futbol səviyyəmizi təhlil etməlidir. Reallığı qəbul eləməli, daha çox işləməlidir.
- Hamı işinə çox ciddi yanaşmalıdır. Futbolçular üzdə bunu desələr, çoxu ürəyində başqa cür düşünürlər...
- Çoxları deyəndə ki, özüm də daxil olmaqla, işimizə çox ciddi yanaşmalıyıq. Hamımız məsuliyyət daşıyırıq.
- Oyundan sonra futbolçuların əhval-ruhiyyələri necədir? Elələri varmı ki, bu məğlubiyyət onların heç vecinə deyil?
- Mən inanmıram ki, bu məğlubiyyət kiminsə vecinə olmasın. Ümumiyyətlə, bütün futbol ictimaiyyətinə, oyunçulara üzümü tutaraq deyirəm ki, bir az işimizə daha yanaşaq. Söhbət tək bu yığmadan yox, bütün futbolçulardan gedir.
- AFFA rəhbərliyi də futbolçularla ciddi söhbətləşmək fikrindədir. Çünki onlar yaradılan şəraitin müqabilində nəticənin olmamağından narazıdırlar...
- Elədir. Hamılıqla işimizə daha ciddi yanaşmalıyıq. Nə yükü daşıdığımızı, bizə ayrılan vəsaitin, diqqətin, bizdən tələblərin nə olduğunu dərk eləməliyik. Bunu edib, həmin formada işləməliyik, futbola münasibətimiz həmin formada olmalıdır. Ondan sonra biz nəsə uğura gedə bilərik. Nəticə çıxarmasaq, meydana çıxıb, yenə bugünkü kimi uduzacağıq. Bilmirəm, bəlkə bu, bizim üçün bir cəzadır. Qələbə qazanmaq istəyirdik, ancaq cəzalanaraq, məğlub olduq.
- Oyundan dərhal sonra AFFA prezidenti Rövnəq Abdullayev sizinlə görüşdümü?
- Yox. Rövnəq müəllimi görmədik. Təbii ki, heç kimin münasibəti yaxşı olmaz. Bizim özümüzün özümüzə qarşı münasibəti yaxşı deyil. O ki qaldı, hansısa rəsmi şəxslərin münasibəti bizə qarşı yaxşı olsun. İndi sıxılmışıq. Özünüz də bilirsiniz ki, dəfələrlə tarixə qazandığımız qələbələr sıxılmaqdan sonra olub. Milli komandamız həmişə çətin vəziyyətə düşəndən sonra özünü toparlayaraq, qalib gəlib.
- Yaxın keçmişdə Türkiyə ilə Bakıdakı oyun belə oldu....
- Bəli. Ondan öncə Avstriya yığmasına səfərdə 0:3 hesabı ilə uduzmuşduq. Bundan əvvəl Slovakiya, Finlandiya üzərində qələbələrimiz olub. Bütün epizodlarda çətin, pis ab-hava, ondan qabaq acınacaqlı məğlubiyyət olub. Mən də ümid edirəm ki, inşallah, bu məğlubiyyətin Almaniya ilə ev oyununda faydası olacaq.
- Həmin görüşdə nəyə ümid edə bilərik?
- Yalnız xal bizi qane edəcək.
- Heç-heçə də bizim üçün böyük uğur olacaq...
- Bəli. Bizi bərpa edə biləcək şey Almaniya yığması ilə oyunda yalnız xaldır. Bəlkə bu gün qələbə qazansaydıq, yaxşı oyundan danışa bilərdik. Ancaq indi yalnız xal almaqdan danışırıq.
Mehman SÜLEYMANOV

- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0