Löv Azərbaycana qalib gəlib, eksperimentlərə başladı
12.06.2011 - 19:31
Löv Azərbaycana qalib gəlib, eksperimentlərə başladı
“Qarşıdakı 6 ayı eksperimentlərə sərf edəcəyəm. Əlbəttə ki, komandamızın özəyi formalaşıb. Lakin gələn il müəyyən dəyişikliklər olacaq. Bu üzdən də final mərhələsinə yarım il qalmışadək komandanın nəyə qadir olduğunu bilmək istəyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv deyib.

O, bildirib ki, Azərbaycan milli komandası ilə Bakıdakı seçmə oyunu əsas heyətə gücəndiyi son matç olub. Çünki o, qarşıdakı 4 oyunda eksperimentləri zəruri sayır: “Klozenin “Latsio”ya keçidi də əla oldu. O, daha 1 il ehtiyatda otura bilməzdi. Düşünürəm ki, qarşıdakı matçlarda 2 hücumçulu sxemi də sınaqdan keçirəcəyəm. Belə olan halda Kloze-Qomes cütünü izləyə biləcəyik”.

Qeyd edək ki, Almaniya yığması final mərhələsinə çıxmaq üçün 4 oyunda 1 xal toplamalıdır.