“Şərtlərimiz yerinə yetirilməsə, çıxıb gedəcəyik” - MÜSAHİBƏ
13.06.2011 - 16:20
“Şərtlərimiz yerinə yetirilməsə, çıxıb gedəcəyik” - MÜSAHİBƏ
Ağır atletika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Yanko Rusev Bolqarıstan mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, bolqar mütəxəssis həmkarımızla söhbətində haqqında yayılan söz-söhbətlərə aydınlıq gətirib, ölkəmizdəki durumundan danışıb.

- Cənab Rusev sizin ev dustağına çevrildiyiniz bildirilir...
- Mən bilmirəm, bunu kim deyib? Mən də belə məlumatı internetdən oxumuşam. Siz bunu dəqiqləşdirmək üçün Azərbaycanda federasiyanın, nazirliyin və Olimpiya Komitəsinin hər işçisindən soruşa bilərsiniz. Bu, yanlışdır.

- Bəs hazırda haradasınız? Hələ ki, Bakıdasınızmı?
- Bəli, burada köməkçi məşqçi və masajçı ilə birgə yaşayıram.

- Sizə otel təklif etmişdilər. Niyə oraya köçmədiniz?
- Mən bundan idmançılara nəzarət etmək imtina etdim. Çünki qarşıda Malayziyada U-20-ni gərgin yarış gözləyir. Burada digər komandalar da var.

- Siz şəxsən bu yarışa gedəcəksiniz?
- Xeyr, orada digər məşqçilər olacaqlar.

- Orada bütün dünyadan komandalar olacaq. Siz isə...
- Mən əsasən kişilər, qadınlar və yeniyetmələrlə işləyirəm. 16 yaşa qədər olanlarla Nizami Paşayev məşğul olur.

- Deyirlər ki, o sizin düşmənizdir və yerinizə keçəcək. Vəzifənizdə əsas rəqibinizdir...
- Kim deyib ki, o mənim düşmənimdir? Əksinə, Paşayevlə birgə işləmək istəyirik.

- Federasiyanın icraçı-direktoru İsgəndər Əsgərov da hər şeyin qaydasında olduğunu deyib. Bu qəribə deyil ki, siz istirahət zamanı Bakıdasınız? Halbuki, eviniz Varnadadır...
- Mən burada işləyirəm. Biz gələcək üçün planlar qurmalıyıq. Növbəti təlim-məşqlər üçün lazımı planlar hazırlayırıq. Bu iş iyunun sonuna kimi görülməlidir.

- Lakin siz bunu 1-2 gün ərzində Bolqarıstanda istirahət zamanı da edə bilərsiniz...
- Yaxın vaxtlarda qayıdacağam.

- Həmişəlik, yoxsa müvəqqəti?
- Heç kim mənə deməyib ki, mən baş məşqçi vəzifəsindən qovulmuşam. Əksinə mənim işimdən razı olduqlarını söyləyiblər. 4 idmançımızın artıq lisenziya məsələsi həll edilib və onların medal əldə etməyə çox yaxşı şansları var. 2 yerli idmançıdan başqa, bolqar Veliçko Çolakov və İvan Stoiçovun şansları yüksəkdir. Mənim gəlişimdən sonra atletlər şəxsi göstəricilərini 10-15 kq artırıblar. Bizdə gənclər arasında Olimpiya çempionu var. 16 yaşadək idmançılar Avropa çempionatında 1 qızıl və 4 gümüş medal qazanıb. Seulda dünya çempionatında komanda hesabında 4-cü olduq.

- Lakin bu yeniyetmələrdir...
- Onlar da böyüklərlə birgə məşq edir.

- Veliçko Çolakov və İvan Stoiçov haradırlar? Bakıda, yoxsa Bolqarıstanda?
- Onlar 2 ay Azərbaycanda, 3 ay Bolqarıstanda məşq edirlər. Yanvardan isə Olimpiadaya qədər Bakıda qalacaqlar. Onlar maaşlarının artırılmasını tələb edirlər. Avqustun 1-də yeni müqavilələr bağlanacaq və maaşlar da artırılacaq.

- Onda bu idmançıların gələcək taleyi müzakirə ediləcək? Bundan siz nə gözləyirsiniz?
- İndidən heç nə deyə bilmərəm. Bizim şərtlərimiz yerinə yetirilsə, qalacağıq. Buna ümid edirəm. Əks təqdirdə çıxıb gedəcəyik.

- Sizin müqavilənizin vaxtını bilmək olarmı?
- London-2012-nin sonuna qədər.

- Azərbaycan yığmasının daha bir bolqar atleti – Rumyana Petkova da deyib ki, geri qayıtmayacaq...
- Mən bilmirəm, o niyə belə edir. Qadınlar yığmasında məşqçi İvan Stefanov da var.

- Onun da bundan xəbəri yoxdur?
- Ola bilsin ki, siz bunu bilirsiniz, mən isə yox.

- Siz bəs necə məşqçilərlə birgə qalırsınız?
- O, hazırda Bolqarıstandadır. Mən isə masajçı ilə birlidəyəm.

- Deməli, indi siz məşqçi kimi orada təksiniz?
- Bəli.

- Bəs təklikdə vaxtı necə keçirirsiniz?
- Nazirliyə gedib-gəlirəm. Olimpiadaya hazırlıq haqqında hesabatlar yazıram və internetə vaxt ayırıram.

- Söz-söhbət gəzir ki, siz federasiyaya pul borclusunuz...
- Bir müddət öncə Bolqarıstandan dərman aldım. Lakin onlar ucuz idi. Mən onları geri qaytardım. Federasiya bizə pul vermişdi. Bundan əlavə, heç nə yoxdur.

- Atletlərin keçidi üçün bəs nə qədər almışdınız?
- Burada heç bir puldan söhbət gedə bilməz. Hamı bilir ki, İvan və Veliçko Bakıya gələndə azad agent olublar. Onların keçidi üçün pul tələb olunmayıb.

- Bəs Silviya Angelova və Rumyana Petkovanın transferi?
- Mən heç vaxt pul ödəməmişəm.

- Pasportunuz özünüzdədir? Çünki deyirlər ki, siz ölkəni tərk etməmək üçün sənədiniz əlinizdən alınıb...
- Mən bilmirəm ki, kim və nəyə görə belə şayiələr yayır. Lakin müəyyən adamlar var ki, həm bolqar, həm də azərbaycanlılar – onlar mənim yerimi tutmaq istəyir. Burada məşqçi işləmək istəyən 4 bolqardan da faks daxil olub.

- Oradakı məşqçilərlə bolqar çalışdırıcıların fərqi varmı?
- Mən bunu dəqiq deyə bilmərəm. Bolqarların faksına gəldikdə isə şəxsən görməmişəm. Mənə də bu barədə məlumat veriblər. Onlar Bolqarıstanda və xaricidə işləyən bolqarlardan gəlib. Adları gizli saxlanılır. Həmçinin bilirəm ki, mənim yerimə 4-5 azərbaycanlı mütəxəssis də göz tikib.

- Onlar sizin yerinizə niyə can atırlar? Bəlkə siz orada daha çox pul qazanırsınız?
- Olimpiada medal qazana bilsək, bu böyük uğur olacaq. Burada pul da mühüm yer tutur. Ağır atletikada 1 qızıl medal qazanılacağı halda, 1 milyon dollardan söhbət gedir.

- Yəqin ki, siz də yüksək məbləğdə maaş və mükafat alacaqsınız?
- Bəli, maaşım yaxşıdır. Vaxtı-vaxtında ödənilir.

- Bakıda 2 bolqar atlet şəxsi məşqçiləri ilə çalışır. Bu sizə necə təsir edir?
- Biz federasiya prezidenti ilə danışmışıq ki, Zlatan Vanev Valenten Xristova cavabdehdir. Mən isə bütövlükdə yığmaya görə məsuliyyət daşıyıram. Onlar ayrıca çalışırlar. Bizim işimizə qarışmırlar. Digər məşqçi Laçezar Kişkilov və yetirməsi Boyanka Kostova da Azərbaycanda olub. Bu məşqçi də yetirməsinə cavabdehdir.

- Bəs Bakıda necə deyərlər, həmyerlilərinizlə gecələr birgə konyak içirsinizmi?
- Onlar bizdən 1 neçə metr aralı, akademiyanın yataqxanasında yaşayırlar. Hamımız bizdə görüşürük, məşqdən sonra söhbətləşirik. Vanevlə heç bir problemim yoxdur. Onlar, İvan və Veliçko burada olanda tez-tez bir yerə yığışırıq.

- Problemlər olsa, bizim federasiyadan və Olimpiya Komitəsindən dəstək istəyəcəksinizmi?
- Mənim heç bir problemim yoxdur. Buraya həmçinin, azərbaycanlılarla yanaşı, bolqarlar da daxildir.

- Bəs komandanızın Avropa çempionatında dopinq məsələsinə görə iştirak etməməyi düzdürmü?
- Bu, belə deyil. Bizim bütün planlarımız payızda keçiriləcək dünya çempionatına hesablanıb. Hətta növbəti Avropa çempionatında da iştirak etməyəcəyik.

- Bunu hansı səbəblərlə bağlayırsınız?
- Bizim planlarımız görə, qitə çempionatına II komanda ilə qatılacağıq. Əsas yığma isə Olimpiadaya hazırlaşacaq. Biz ehtiyatlı davranmalıyıq ki, dopinqdə heç kimi ilişməsin. Artıq dediyim kimi, bizdə bir neçə idmançı var.

- Bəs komandanızın liderinin adını açıqlaya bilərsinizmi?
- Çox atletlərimiz var. Birini fərqləndirib, digərinin adını çəkməmək istəmirəm. Çünki mən təxribatdan qorxuram və heç kimə etibar etmirəm.

- Siz Bolqarıstanda qanuni federasiyanın olmamağını necə şərh edərdiniz?
- Məndə bu barədə məlumat bir o qədər də çox deyil. Lakin bilirəm ki, prezident və baş katib yığmaların məşqçiləri yola gedirlər. Bu haqda internetdə oxuyuram.

- Siz Azərbaycandan kənarda baş verən hadisələri yalnız internetlə öyrənirsiniz?
- Bu, belə deyil. Mən internetlə bərabər, telefondan da istifadə edirəm. Lazımı adamlarla danışıram. Bir müddət sonra isə Bolqarıstanda olacağam.